Bazar ertəsi, 20 Oktyabr 2025

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib

Apple şirkəti yeni MacBook Pro noutbukunu təqdim edib. Təqdim edilmiş yeni MacBook Pro modeli şirkətin yeni M5 prosessoru vasitəsilə çalışır. Şirkət bildirib ki, M5 prosessoru sayəsində yeni MacBook Pro süni intellektin Mac kompüterlərində tətbiqi mövzusunda irəli addımdır. Belə ki, M4 vasitəsilə çalışan MacBook Pro ilə müqayisədə M5 vasitəsilə çalışan MacBook Pro-da süni intellekt tapşırıqlarının yerinə yetirilməsi üzrə performans göstəricisi 3.5 dəfə yüksəkdir. Prosessorun yeni nəsil 10 nüvəli GPU-su hər nüvədə neyron sürətləndirici ilə təchiz edilib və bu, M4 ilə müqayisədə çoxnüvəli performansı 20%, M1 ilə müqayisədə isə 6 dəfə artırır. Qrafik performans M4-dən 1.6 dəfə, M1-dən isə 6.8 dəfə daha güclüdür. 16 nüvəli neyron sürətləndirici M4 ilə müqayisədə 3.5 dəfə, M1 ilə müqayisədə 7.7 dəfə daha yüksək sürətlə lokal süni intellekt tapşırıqlarını yerinə yetirir.

10 nüvəli CPU çoxaxınlı (multithreaded) performansda 20% artım əldə edib. SSD yaddaş M4 prosessorlu modeldən 2 dəfə daha sürətlidir. Operativ yaddaşın ötürmə sürəti M4-dəki 120 GB/s ilə müqayisədə 153 GB/s təşkil edir. Yeni MacBook Pro-nun özü 120 Hz-lik təsvir yenilənməsinə sahib 3024x1964 piksel keyfiyyətli 14.2 düym ölçülü Liquid Retina XDR ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1834163
Bu gün
Bu həftə
Bu ay
Ümumi
829
2212
32556
1834163
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.