Süni intellektdin rifahını araşdırmaq vaxtından əvvəl və təhlükəlidir
Alimlər və süni intellekt tərtibatçıları getdikcə daha çox sual edirlər ki, süni intellekt modelləri nə vaxt canlı varlıqların təcrübəsinə bənzər subyektiv təcrübə qazana biləcəklər və əgər qazana bilsələr, hansı hüquqlara malik olmalıdırlar? Silikon Vadisində bu mövzuya “Süni intellekt rifahı” adı verilib. Bir neçə gün əvvəl Microsoft şirkətinin süni intellekt üzrə baş direktoru Mustafa Suleyman bir paylaşım edərək bildirib ki, süni intellekt rifahını öyrənməklə məşğul olmaq “vaxtından əvvəl və, açığı, təhlükəlidir”.

ChatGPT
Google hazırda Translate tətbiqi üzərində təcrübələr aparır və Gemini-ni ora inteqrasiya etməklə məşğuldur. Google Translate artıq uzun müddətdir ki, şirkətin əsas xidmətlərində - Search, Google Lens və Circle to Search-də istifadə olunur. Bu da onu mühüm proqram məhsuluna çevirir. Ona görə də Google-un onun inkişafı üzərində işləməsi təəccüblü deyil. Tətbiqin qarşıdakı yenilikləri arasında Duolingo üslubunda alət, daha axıcı söhbət rejimi və tərcümə dəqiqliyini artırmaq üçün tam süni intellekt yeniləməsi olacaq. Bu yeniləmələr artıq tətbiq edilməyə başlanılıb.
