Bir dövrün sonu: Windows 10-un rəsmi dəstəyi dayandırılıb

- Prosessorun tezliyi ən azı 1 GHz olmalıdır
- İki və ya daha çox nüvəyə malik 64-bit prosessor və ya SoC (sistem çipi) olmalıdır
- Ən azı 4 GB RAM
- Ən azı 64 GB yaddaş həcmi
- DirectX 12 ilə uyğun və WDDM 2.0 drayverini dəstəkləyən videokart
- Trusted Platform Module (TPM) 2.0 dəstəyi
- Unified Extensible Firmware Interface (UEFI) və Secure Boot funksiyası
- Ən azı 720p keyfiyyətli, 9 düym və ya daha böyük diaqonallı, 8 bit rəng dərinliyinə malik ekran.
Əgər kompüter yuxarıda göstərilmiş tələblərdən birinə və ya bir neçəsinə cavab vermirsə, hələlik Windows 11-i quraşdırmaq üçün bəzi alternativ üsullar mövcuddur. Windows 10-da qalmaq istəyənlər üçün Microsoft 2026-cı il 13 oktyabr tarixinədək 30$-lıq ödənişlə genişləndirilmiş təhlükəsizlik yeniləmələri proqramına (ESU) qoşulma imkanı təqdim edir. Alternativ olaraq, istifadəçi Microsoft OneDrive vasitəsilə parametrlərin sinxronizasiyasını aktivləşdirə və ya 1000 Microsoft Rewards balını dəyişməklə ödənişi həyata keçirə bilər. Lakin Avropa İqtisadi Zonası ölkələrinin sakinləri üçün son iki tələb məcburi deyil - onlar ESU proqramında ödənişsiz şəkildə iştirak edə bilərlər. Bu imkandan yararlanmaq üçün istifadəçinin Windows 10-un 22H2 versiyasına malik olması və KB5046613 yeniləməsinin quraşdırılması tələb olunur.