Dünyanın ilk silikon əsaslı kvant kompüteri hazırlanıb!
Böyük Britaniyada yerləşən Quantum Motion şirkəti gündəlik silikon texnologiyasından istifadə etməklə qurulmuş dünyanın ilk tam stack kvant kompüterini təqdim edib. Üç ədəd 19 düymlük server rəfinə uyğun gələn sistem hazırda Böyük Britaniyanın Milli Kvant Hesablama Mərkəzində (NQCC) quraşdırılıb.
Standart CMOS istehsal prosesindən istifadə etməklə hazırlanmış maşın kommersiya çip istehsalı müəssisələrində istehsal oluna və mövcud məlumat mərkəzi infrastrukturuna inteqrasiya oluna bilər.
Ardını oxu...
OpenAI Codex süni intellekt agentinin yenilənmiş versiyasını - GPT-5-Codex-i təqdim edib. Yeni model tapşırıqların yerinə yetirilməsinə sərf olunan vaxtı dinamik şəkildə bölüşdürə bilir və buna bir neçə saniyədən 7 saata qədər vaxt sərf edir. Yeniləmə artıq ChatGPT Plus, Pro, Business, Edu və Enterprise platformalarının istifadəçiləri üçün terminal, IDE, GitHub və ya ChatGPT vasitəsilə əlçatandır. Məlumata görə, GPT-5-Codex modeli agent əsaslı proqramlaşdırma bacarıqlarını qiymətləndirən
Ən böyük generativ süni intellekt xidmətləri 2 dəfə daha çox yalan məlumat yaymağa başlayıblar. Bu, Newsguard təşkilatının araşdırması ilə üzə çıxıb. 2025-ci ilin avqustunda ən iri 10 süni intellekt platforması halların 35%-də saxta xəbərlər yaradıb. 1 il əvvəl bu göstərici 18% səviyyəsində idi. Kəskin artım real vaxtda veb-axtarışın tətbiqi ilə əlaqələndirilir. İndi çat-botlar demək olar ki, suallara cavab verməkdən imtina etmirlər - imtina səviyyəsi 2024-cü ildəki 31%-dən hazırda 0%-ə düşüb.
Bu ilin iyun ayına olan vəziyyətə görə, cəmi 7 nəfərdə Neuralink beyin implantı mövcud idi və onların hamısı ABŞ ərazisində yerləşirdi. Bu həftə Elon Musk bildirib ki, onun şirkəti indiyədək belə implantları 12 xəstəyə quraşdırıb. Neuralink-in sosial şəbəkə X səhifəsində qeyd olunub ki, ümumilikdə xəstələr implantlardan 2000 gün və 15 000 saatdan artıq istifadə ediblər. Avqustun sonu və sentyabrın əvvəlində isə Kanadada ilk 2 xəstəyə Neuralink implantları quraşdırılıb. Bu implantlar onlara bədən hissələrinin iflici şəraitində kompüter idarə etməyə kömək edəcək.
Alibaba Group-un qurucusu Jack Ma tərəfindən dəstəklənən Ant Group şirkəti ilk humanoid (insanabənzər) robotu R1-i təqdim edib. Yaradıcıların sözlərinə görə, robot bələdçi funksiyalarını yerinə yetirə, apteklərdə dərmanları çeşidləyə, tibbi məsləhətlər verə və əsas mətbəx işlərini icra edə bilir. Ant Group daha çox Alipay rəqəmsal ödəniş sistemi ilə tanınan fintex şirkəti olsa da, hazırda rəqabət qabiliyyətini yeni dövrdə qorumaq üçün fəal şəkildə süni intellektə investisiya yatırır. Şirkət özünü ilk növbədə robotlar üçün “beyin” hazırlayan qurum kimi təqdim edir. Ant humanoid robotları süni intellekt əsasında çalışan çat-botların və köməkçilərin məşhurlaşdırılması üçün strateji qapı hesab edir.