Bazar ertəsi, 21 Aprel 2025

“Twitter”də artıq tvitlərin redaktəsi mümkün olacaq

“Twitter” sosial şəbəkəsi mesajların redaktə edilməsi funksiyasının tətbiqi üzərində işləyir.

Bu barədə məlumat sosial şəbəkənin kommunikasiyalar şöbəsinin hesabında yer alıb.

Bildirilir ki, bu qərarın “Twitter”də yeni pay sahibi olan İlon Maskın sorğusu ilə əlaqəsi yoxdur və tərtibatçılar ötən ildən “tvit redaktəsi” funksiyası üzərində işləyirlər. Bu barədə aprelin 1-də əsas sosial şəbəkə hesabında mesaj da dərc edilib, lakin ictimaiyyət bunu zarafat kimi qəbul edib.

Funksiyanın ictimai domendə görünməsinin dəqiq tarixi hələ məlum deyil. Ancaq bu funksiya ilk olaraq ödənişli “Twitter Blue” abunəçiləri üçün əlçatan olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1566813
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1329
2947
36932
1566813
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.