Bazar, 22 Dekabr 2024

Windows 11-i rəsmi Microsoft hesabı olmadan istifadə etmək mümkün olmayacaq

   Microsoft öz yeni əməliyyat sistemi olan Windows 11-ə tədricən müəyyən məhdudiyyətləri əlavə edir. Məlumata əsasən payız fəslində sözügedən əməliyyat sistemi üçün təqdim ediləcək böyük yenilənmədən sonra Windows 11-in istifadəsi üçün mütləq şəkildə Microsoft istifadəçi hesabına sahib olmaq lazım gələcək. Məlumatda qeyd edilib ki, bu ilin oktyabr ayında Windows 11 22H2 yenilənməsinin istifadəyə verilməsi gözlənilir və sözügedən yenilənmənin quraşdırılması zamanı istifadəçidən mütləq şəkildə Microsoft hesabı vasitəsilə autentifikasiyadan keçmək tələb olunacaq.

Əgər istifadəçi rəsmi Microsoft hesabına sahib deyilsə, ona həmin hesabı yaratmaq təklif ediləcək.

    Lakin rəsmi Microsoft hesabı olmadan yenilənmənin quraşdırılma prosesini sonlandırmaq mümkün olmayacaq. Müvafiq olaraq bu sözügedən proses çərçivəsində istifadəçiyə həmçinin internet bağlantısına qoşulmaq lazım gələcək. Qeyd etmək lazımdır ki, bu cür qərar Windows 11-in Pro versiyasına aiddir. Belə ki, əməliyyat sisteminin adi versiyasında rəsmi Microsoft hesabının tələb edilməsi prosesi artıq reallaşdırılıb. Microsoft hesabının mövcudluğu öz növbəsində əməliyyat sisteminin yenidən quraşdırılma prosesini sadələşdirir. Bundan əlavə olaraq bu halda istifadəçi OneDrive bulud servisini və Microsoft-un digər servislərini əldə edir. Bu yeni tələblər Windows 11-i yeni quraşdıracaq istifadəçiləri əhatə edəcək. Lakin əməliyyat sistemindən artıq istifadə edənlərdən də bu prosesin tələb edilib-edilməyəcəyi bilinmir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355616
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1352
13988
35678
1355616
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.