Bazar ertəsi, 23 Dekabr 2024

Smartfonlarda peyk rabitəsi OLACAQ - telefonunuzun şəbəkəsi olmasa...

“Apple” və “Huawei” öz smartfonlarında peyk rabitəsi dəstəyini işə salmağa hazırdır.

Bu barədə məşhur insayder Ming-Chi Ko deyib.

O təsdiqləyib ki, Apple iPhone 14 seriyalı telefonlarda mobil əhatə olmadıqda fövqəladə rabitə üçün nəzərdə tutulan peyk funksiyasını işə salmağa hazır olacaq. Həmçinin, oxşar texnologiyanı 2021-ci ildə buraxılan iPhone 13 seriyası da dəstəkləyəcək. Ming-Chi Ko bildirib ki, sentyabrın 6-da “Huawei” yeni Mate 50 modelinin təqdimatını keçirəcək, o, həm də peyklər vasitəsilə rabitə dəstəyi alacaq.

Sistem Çində BDS (BeiDou Navigation Satellite) xidməti vasitəsilə işləyəcək. Bu halda, Çin korporasiyası “Apple”dan əvvəl peyk rabitəsi üçün dəstək yerləşdirə bilər. 

   “MediaTek və Huaweinin səyləri bir daha sübut edir ki, peyk rabitəsi çox güman ki, iPhone da daxil olmaqla smartfonlarda vacib funksiyaya çevriləcək”, - insayder yekunlaşdırıb. 

Onun sözlərinə görə, yeni variantın ortaya çıxmasına son illərdə təbii fəlakətlərin və geosiyasi münaqişələrin sayının artması səbəb olur.

Daha əvvəl TMF Associates analitiki Tim Farrar iPhoneda peyk rabitəsindən istifadəni izah etmişdi. Ekspertin sözlərinə görə, yeni variant mobil siqnal olmadığı halda cihaz istifadəçiləri arasında ikitərəfli mətn mesajlaşmasını təmin edəcək. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355884
Bu gün
Bu həftə
Bu ay
Ümumi
72
1620
35946
1355884
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.