Amerikalı tələbələr büdcəli superkompüter hazırlayıblar
Amerikalı tələbələr 16 ədəd NVIDIA Jetson Nano kompüteri əsasında kompkat ölçülü superkompüter yaradıblar. Tələbələrin əsas tapşırıqları süni zəka ilə çalışmaq üçün nəzərdə tutulmuş hesablama klasterinin yığılması prosesində tədris materialının mənimsənilməsi olub. Sözügedən layihənin reallaşdırılması üçün tələbələr kompakt ölçülü bir platalı NIVIDA Jetson kompüterindən istifadə ediblər. NVIDIA Jetson Nano 4 nüvəli ARM prosessordan (Cortex-A57), 128 nüvəli GPU-dan və 4 GB həcmində ümumi yaddaşdan ibarətdir.
Nəticədə hazırlanmış kompakt ölçülü superkompüter 16 ədəd NVIDIA Jetson Nano-dan ibarət olub. Həmin cihazlar adi stolüstü kompüter keysinin ölçüsündə olan kastom (castom) keysin daxilinə yerləşdirilib.
Əldə edilmiş superkompüterin daxilinə həmçinin enerji bloku, soyutma sistemi, kompüterin plataları ilə digər elementlərini bir-biriləri ilə birləşdirən 60 ədəd naqil yerləşdirilib. Bir ədəd Jetson Nano cihazı 472 giqaflops performans sərgiləyir və 100$ qiymətində satılır. Buna görə də tələbələrin hazırlamış olduqları superkompüter bir növ büdcəli superkompüter alınıb.