Bazar ertəsi, 23 Dekabr 2024

Vatsapda yeni funksiya: kimin mesajını silibsinizsə...

“WhatsApp” onlayn mesajlaşma platforması yeni funksiyanı təqdim etməyi planlaşdırır.

Yeni funksiya artıq bəzi mübahisələrə səbəb olub. Belə ki, yeniliyə əsasən, edilən  əməliyyatı geri qaytarmaq mümkün olacaq.

Yaxınlarda məlum olmuşdu ki, platforma “mesajların redaktəsi” funksiyası üzərində işləyir.

Bundan əlavə, mesajlaşma proqramında, hər kəsin bildiyi kimi, mesajları silmək funksiyası var. Bu funksiya “Hər kəs üçün sil” və ya “Mənim üçün sil” seçimlərindən ibarət olmaqla mesajları müəyyən müddət ərzində silməyə imkan verir.

 İndi ortaya çıxan yeni funksiya isə bu silinən mesajların geri qaytarıla bilməsini nəzərdə tutur.

“WhatsApp” əməliyyatı geri qaytarmağa imkan verən düymə üzərində işləyir. Məsələn, bir mesajı səhvən silsəniz, bu düymə sayəsində mesajlaşmanı geri qaytara biləcəksiniz.

Mesajlar silindikdən sonra ekranın aşağı hissəsində “Mesaj silindi” sözləri ilə bildiriş görünür.

Bu bildirişin yan tərəfində isə əməliyyatı geri qaytarmağa imkan verən “Geri al” düyməsini görə bilərsiniz. Bunun “Gmail”dəki geri qaytarma funksiyasına bənzədiyi qeyd edilir.

Yeni funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür. Ancaq “Geri al” düyməsinin “Hər kəs üçün sil” funksiyası ilə silinmiş mesajlara təsirli olub-olmayacağı məlum deyil.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1356319
Bu gün
Bu həftə
Bu ay
Ümumi
507
2055
36381
1356319
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.