Bazar ertəsi, 21 Aprel 2025

“WhatsApp”dan istifadəçiləri sevindirəcək yeni funksiya

“WhatsApp” istifadəçilərin təhlükəsizliyini daha da artırmaq üçün yeni funksiyanı işə salacaq. Söhbət proqramın destkop və veb versiyalarında işə salına bilən ikifaktorlu autentifikasiyadan gedir. Bu mexanizmin əlavə edilməsi istifadəçilərin kibercinayətkarlığın qurbanı olması riskini azaldacaq.

Qeyd edək ki, yaxınlıqda smartfon olmasa belə, “WhatsApp”ın masaüstü kompüterlər və noutbuklarda işləməsi istifadəçilərdə narazılıq yaratmışdı. Onlar bu təşəbbüsün hakerlərin işini asanlaşdıra biləcəyi ilə bağlı narahatlıqlarını dilə gətirmişdi.

Ardını oxu...

Windows 11-də Android tətbiqlərin dəstəyi yaxın zamanda geniş istifadəçi kütləsi üçün istifadəyə veriləcək

Windows 11-in geniş istifadəçi kütləsinə gələn ay Android tətbiqlərin işə salınmaları üçün nəzərdə tutulmuş sistemin ilkin versiyası istifadəyə veriləcək. Məlumat verilir ki, bu barədə məlumatı Microsoft şirkətinin məhsullar üzrə direktoru Panos Panay verib. Panos Panay bildirib ki, söhbət, sözügedən sistemin ilkin versiyasından gedir. Bu isə o deməkdir ki, Windows 11-də Android tətbiqlərin işə salınmaları üzrə hazırlanmış sistemin beta testi hələ sonlandırılmayıb. Burdan da belə qənaətə gəlmək olar ki, həmin sistemdən istifadə edəcək istifadəçilər müəyyən problemlər ilə qarşılaşa bilərlər. Qeyd etmək lazımdır ki, Microsoft sözügedən sistemin beta testinə keçən ilin oktyabr ayında start vermişdi.

Ardını oxu...

Saniyədə 16 terabayt həcmli məlumatların emalı: Meta şirkəti öz superkompüterini təqdim edib

Meta şirkəti AI Research SuperCluster (RSC) adlı superkompüteri yaratdığını elan edib. Bu, süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş yeni superkompüterdir. Şirkətin sözlərinə əsasən sözügedən superkompüter yaxın zamanda dünyanın ən sürətli superkompüteri olacaq. Superkompüterin yaradılması üzrə layihəyə Meta şirkətinin infrastruktur və süni zəka üzrə komandaları rəhbərlik ediblər. Layihənin reallaşdırılmasında yüzlərlə mütəxəssis iştirak edib.

Ardını oxu...

“WhatsApp”da yeni funksiya – Problem yaranıbsa BUNU EDİN

"WhatsApp" istifadəçiləri artıq asanlıqla çatda dəstək xidməti ilə əlaqə saxlaya biləcəklər.

İstifadəçi proqramda üzləşdiyi xəta haqqında “WhatsApp” dəstək bölməsinə yaza bilər.

Qeyd olunur ki, əvvəllər bu funksiya bəzi istifadəçilər üçün əlçatan olub, lakin sonra naməlum səbəblərdən silinib.

“WhatsApp” mesencerin administrasiyası ilə əlaqə saxlamaq üçün öncəliklə "Parametrlər" - "Kömək" - "Bizə yazın" menyusuna daxil olmaq lazımdır. Problemi araşdırdıqdan sonra messencerin texniki dəstəyi istifadəçi ilə ayrıca əlaqə saxlayacaq.  

Ardını oxu...

Səlcuq Bayraktar Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə qoşulmaq çağırışı edib

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalı ilə bağlı çağırış edib. Səlcuq Bayraktar texnoloqları müsabiqəyə qoşulmağa çağırıb.

 “Bir millət, iki dövlət və birlikdə daha güclü bir gələcək üçün tək festival Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə gec olmadan sən də qoşul”, – Bakraktar sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, texnologiya, elm, rəqabət festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək. “Texnofest-Azərbaycan” çərçivəsində keçiriləcək yarışmalara qeydiyyatlar artıq başlayıb.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1566363
Bu gün
Bu həftə
Bu ay
Ümumi
879
2497
36482
1566363
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.