Whatsapp-da avatarların konstruktoru istifadəyə verilib
Whatsapp tərtibatçıları messencerdə avatarların konstruktoru funksiyasının istifadəyə verildiyini elan ediblər. Beləliklə bundan sonra Whatsapp istifadəçiləri öz rəqəmsal kopyalarını yarada bilərlər. Məlumatda həmçinin qeyd edilib ki, istifadəçi öz individual avatarını messencerdəki profil fotosu bölməsinə də yerləşdirə bilər. Bu halda istifadəçi avatar üçün nəzərdə tutulmuş 36 növ üz ifadəsindən birini seçməli olacaq. Həmin müxtəlif növ üz ifadələri stikerlər bölməsində yerləşdirilib. İndividual avatarı təkcə profil fotosunda deyil, həmçinin çatlarda bu və ya digər emosiyanı əks etdirmək üçün də istifadə etmək olar.
Gələcəkdə avatarlar üçün nəzərdə tutulmuş konstruktorun imkanları daha da genişləndiriləcək. İstifadəçi öz individual avatarını həm fərdi şəkildə həm də selfie foto əsasında hazırlaya bilər. Avatarın yaradılması üçün istifadəçi messencerdəki profil fotosunun dəyişilməsi bölməsinə keçid etməli və fotonun dəyişilməsi zaman təqdim edilən menyuda avatarın yaradılması bəndini klikləməlidir. Sözügedən funksiya tədricən istifadəyə verildiyi üçün o, hamıda aktiv olmaya bilər. Lakin yaxın zamanda avatarların konstruktoru hamı üçün istifadəyə veriləcək.