Standart kalkulyator tətbiqi vasitəsilə Windows 7-nin hack edilmə üsulu aşkar edilib
Windows 7-nin rəsmi dəstəyinin dayandırılmasına baxmayaraq sözügedən əməliyyat sistemi hələ də çox məşhurdur. Lakin Windows 7 üçün artıq rəsmi təhlükəsizlik yenilənmələri istifadəyə verilmədiyi üçün o, daimi şəkildə hackerlər tərəfindən böyük diqqətə layiq görülür. Qbot adlı troyanın bir neçə müddət bundan öncə aşkar edilmiş təkmilləşdirilmiş versiyası məhz Windows 7 istifadəçiləri üçün nəzərdə tutulub. Bununla belə sözügedən virus kompüterin sisteminə çox maraqlı üsul ilə daxil olur. Windows 7 vasitəsilə çalışan kompüter sisteminin yeni hack üsulu barəsində məlumatı proxylife ləqəbli İT mütəxəssis öz hesabatında təqdim edib.