Bazar, 20 Aprel 2025

“SpaceX” növbəti internet peykləri qrupunu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 21 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxarıb.

Kompaniyanın saytında yerləşdirilən məlumata görə, daşıyıcı raket bazar ertəsi günü ABŞ-ın Sakit okean sahilləri vaxt ilə saat 23:57-də ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı bazasından start götürüb.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 107-ci qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5 mindən çox peyk buraxıb.

Onların 4,7 mini işlək vəziyyətdədir. Daşıyıcı raketin artıq on birinci dəfədir ki, istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına idarəolunan şaquli eniş enəcək.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1564910
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1044
15478
35029
1564910
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.