Bazar, 20 Aprel 2025

Whatsapp digər messencerlərdən mesajları qəbul edə biləcək

Whatsapp-ın beta versiyasının istifadəçiləri messencer ilə bağlı maraqlı bir screenshot fotonu bölüşüblər. Təqdim edilmiş screenshot fotoda messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasının yeni səhifəsi əks olunub. Həmin səhifəyə əsasən Whatsapp yaxın zamanda digər messencerlərin istifadəçiləri arasında mesajların mübadiləsi funksiyasını əldə edəcək. Bu funksiya Avropa Birliyinin rəqəmsal bazarlar üzrə yeni qanun layihəsi (DMA) səbəbilə yaxın 6 ay ərzində messencerin Android və iOS versiyalarında istifadəyə verilməlidir.

 Qeyd etmək lazımdır ki, sözügedən qanun layihəsinə əsasən müxtəlif platformaların istifadəçiləri digər servislərdə qeydiyyatdan keçmədən bir-biriləri ilə ünsiyyət qurmaq imkanına sahib olmalıdırlar. Təqdim edilmiş screenshot fotoda kənar çatları özündə birləşdirən səhifə əks olunub. Həmin səhifədə Telegram və digər messencerlərdəki istifadəçilər ilə olan çatlar əks olunacaqlar.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1564939
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1073
15507
35058
1564939
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.