Xiaomi insana bənzər CyberOne adlı robotu təqdim edib
Xiaomi şirkəti insana bənzər CyberOne adlı robotu təqdim edib. Sözügedən robot həm proqram təminatı həm də konstruksiya baxımından keçən ilki CyberDog layihəsinin növbəti inkişaf mərhələsidir. CyberOne adlı robot iki ayağı vasitəsilə hərəkət edən zaman tarazlığını qoruya bilir. Onun intellektual bacarıqları isə insanların emosiyalarını təyin etməyə və üçölçülü xəritələr tərtib etməyə imkan verir. CyberOne robotunun boyu 177 sm, çəkisi isə 52 kq-dır. Bu robot keçən ilki CyberDog-dan fərqli olaraq daha təkmilləşdirilmiş modeldir. Belə ki, təqdim edilmiş yeni robot daha güclü mühərriklərə sahibdir, onun konstruksiyası daha müstəqil hərəkət edə bilir, alqoritmləri isə daha qəlizdir.