Bazar, 22 Dekabr 2024

Google tarixin ən güclü DDoS hücumunun qarşısını alıb

Google şirkəti tarixdə baş vermiş ən güclü DDoS hücumun qarşısını aldığı barəsində məlumat verib. Məlumatda qeyd edilib ki, sözügedən DDoS hücum avqust ayında baş verib. Baş vermiş DDoS hücum çərçivəsində 1 saniyə ərzində 398 milyon sorğu göndərilib. Bu isə keçən il qeydə alınmış DDoS hücum rekordundan 7.5 dəfə daha güclü DDoS hücum olub. Belə ki, keçən ilki ən güclü DDoS hücum çərçivəsində 1 saniyə ərzində göndərilmiş sorğuların sayı 46 milyon təşkil etmişdi. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2 dəqiqəlik kiberhücum zamanı bu ilin bütün sentyabr ayı üzrə Wikipedia-da oxunmuş məqalələrin sayından daha çox sorğu generasiya edilib. Kiberhücumun son dalğası avqust ayının sonunda start götürüb və indiyənə kimi davam edir. Reallaşdırılan kiberhücum Google servisləri, Google Cloud şəbəkəsi və Google tətbiqləri kimi böyük infrastruktur resurslarına hədəflənib. Google öz növbəsində yüklənmənin bərabər şəkildə paylanmasının qlobal infrastrukturu sayəsində öz servislərinin iş proseslərini stabil saxlaya bilib.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354914
Bu gün
Bu həftə
Bu ay
Ümumi
650
13286
34976
1354914
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.