Cümə, 03 May 2024

Apple yeni Apple Pencil üzərində çalışır

Apple şirkəti 2025-ci ildə Apple Watch Ultra smart saatını micro-LED ekranla təchiz edəcək. Beləliklə şirkətin micro-LED ekranla təchiz olunacağı ilk məhsul məhz smart saat olacaq. İndi isə məlumat ortaya çıxıb ki, Apple micro-LED ekranlı Apple Watch Ultra ilə yanaşı həmçinin yeni Apple Pencil stilusu üzərində də çalışır. Söhbət, Apple Pencil 3-dən gedir. Məlumata əsasən Apple Pencil 3 stilusu Lightning girişi əvəzinə USB-C girişini əldə edəcək. Bununla yanaşı yeni stilus müxtəlif özəlliklərə sahib dəyişdirilə bilən başlıqlara sahib olacaq. Onları stilusa maqnit vasitəsilə bərkitmək mümkün olacaq. Apple Pencil 3-ün nə zaman təqdim olunacağı bilinmir. Ola bilər ki, Apple öz yeni stilusunu gələn il yenilənmiş iPad Pro ilə birgə təqdim etsin.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1071719
Bu gün
Bu həftə
Bu ay
Ümumi
289
4697
1588
1071719
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi