Bazar ertəsi, 06 May 2024

Dünyanın ən kompakt ölçülü 1 TB-lıq SSD-si təqdim edilib

Buffalo şirkəti dünyanın ən kompakt ölçülü 1 TB-lıq SSD-ni təqdim edib. 5 qramm çəkiyə sahib olan bu SSD xarici görünüşcə mouse-lar üçün nəzərdə tutulmuş naqilsiz qəbulediciləri xatırladır. Sözügedən kompakt ölçülü SSD SSD-PST1.0U3-BA adını əldə edib və onun ölçüləri 14.6 x 28 x 8 mm təşkil edir. Bununla belə SSD-nin gövdəsinin böyük hissəsini USB 3.1 dəstəkli USB Type-A başlığı əhatə edir. Şirkətin sözlərinə əsasən kompakt ölçülü SSD dözümlülük baxımından MIL-STD-810H hərbi sertifikatına sahibdir. Ölçü baxımından üstünlüklərə baxmayaraq SSD çalışma sürəti mövzusunda diqqəti cəlb etmir. Belə ki, onda məlumatların oxunması sürəti saniyədə 600 MB, məlumatların yazılması sürəti isə saniyədə 500 MB təşkil edir. SSD-nin qiyməti təqribi olaraq 125$-dır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1073143
Bu gün
Bu həftə
Bu ay
Ümumi
61
597
3012
1073143
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi