Bazar ertəsi, 06 May 2024

Threads-də sorğu məqsədli paylaşımlar etmək mümkün olacaq

Meta şirkəti özünün X (keçmiş Twitter) analoqu olan Threads-ə yeni funksiyaların əlavə edilməsinə davam edir. Məlum olub ki, yaxın gələcəkdə Threads-dəki paylaşımların yaradılması panelinə sorğuların və GIF faylların əlavə edilməsi imkanları istifadəyə veriləcək. Instagram-ın rəhbəri Adam Mosseri isə öz növbəsində qeyd edib ki, Threads-də hal hazırda paylaşımlara baxış sayını əks etdirən sayğac və hesablarda paylaşımların yuxarı hissəyə bərkidilməsi funksiyaları test edilir. Təqdim edilmiş fotolardan da görmək olar ki, Threads-də yaxın zamanda səsvermə xarakterli və animasiyalı paylaşımlar etmək mümkün olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1073210
Bu gün
Bu həftə
Bu ay
Ümumi
128
664
3079
1073210
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi