Bazar, 22 Dekabr 2024

Whatsapp-da yeni təhlükəsizlik funksiyaları istifadəyə verilib

Whatsapp-da iki yeni təhlükəsizlik funksiyası istifadəyə verilib. Birinci funksiya vasitəsilə istifadəçi messencer daxilindəki zənglər zamanı öz IP ünvanını gizlədə bilər. Sözügedən funksiya Protect IP address in call adlı düymə şəklində reallaşdırılıb və onun aktivləşdirilməsi üçün istifadəçi Settings -> Privacy -> Advanced keçidini etməlidir. Bu funksiyanın aktivləşdirilməsindən sonra zənglər Whatsapp serverləri üzərindən ötürüləcək. Nəticədə istifadəçinin IP ünvanı gizli şəkildə qalacaq. Nəticədə messencer üzərindən reallaşdırılan zənglər daha təhlükəsiz olmalıdırlar. Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, bu cür yüksək konfidensiallığın öz mənfi cəhətləri var.

Belə ki, sözügedən funksiyanın aktivləşdirilməsindən sonra messencer daxilində reallaşdırılacaq zənglərin səs və görüntü keyfiyyətləri aşağı düşə bilər.

Messencer tərtibatçıları xüsusi olaraq vurğulayıblar ki, bu yeni funksiyanın aktiv olub-olmadığından asılı olmayaraq messencer daxilindəki bütün zənglər end-to-end şifrələnməsinə sahibdirlər. İkinci təhlükəsizlik funksiyası barəsində məlumat isə hələ iyul ayında ortaya çıxmışdı. Söhbət, tanış olmayan nömrələrdən gələn zənglərin bloklanmasından gedir. Bu funksiya öz növbəsində spamların və qəliz kiberhücumların qarşısını almaq üçün nəzərdə tutulub. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354478
Bu gün
Bu həftə
Bu ay
Ümumi
214
12850
34540
1354478
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.