Whatsapp-da qrup çatları üçün yeni funksiya istifadəyə verilib

Standart olaraq mesaj çatın yuxarı hissəsində 7 gün ərzində bərkidilmiş qalacaq. Lakin istifadəçi öz istəyinə uyğun olaraq mesajı 24 saat və ya 30 gün müddətinə də bərkidilmiş saxlaya bilər. Məlumatda qeyd edilib ki, istifadəçi istənilən mesajı çatın yuxarı hissəsinə bərkidə bilər. İstər mətn formatlı mesaj olsun, istərsə də media faylı özündə birləşdirən mesaj olsun. Sözügedən yeni funksiya tədricən istifadəyə verilir və yaxın zamanda hamı üçün aktiv olacaq.