Bazar, 22 Dekabr 2024

Gmail hesablarının oğurlanmasına istiqamətlənmiş yeni dələduzluq sxemi aşkar edilib

Microsoft əməkdaşı süni zəka istifadəsi ilə reallaşdırılan yeni dələduzluq sxemi barəsində məlumat verib. Reallaşdırılan yeni dələduzluq sxemi hətta ən peşəkar istifadəçilərin belə qurbana çevrilməsinə gətirib çıxara bilər. Yeni dələduzluq sxeminin əsas məqsədi isə Gmail hesablarının oğurlanmasına hədəflənib. Süni zəka texnologiyasının daha geniş yayılması ilə müxtəlif dələduzlar bu texnologiyadan müxtəlif vasitələrlə öz məqsədlərində istifadə edirlər. Microsoft-un Sam Mitrovic adlı əməkdaşı bildirib ki, o, yeni dələduzluq sxeminin qurbanına çevrilməyə çox yaxın olub və bu mövzu ilə bağlı detallı məlumat verib. Bir neçə müddət bundan öncə o, SMS bildiriş əldə etmiş və əldə edilmiş bildirişdə ondan Gmail hesabının bərpa olunması cəhdinin təsdiqlənməsi xahişi qeyd edilmişdi. Sorğu ABŞ-dan gəlmişdi.  Daha sonra o, zəng etmiş tərəfdən göndərilmiş elektron məktubu incələyərək aşkar edib ki, dələduz məktub göndərənin ünvanını Salesforce CRM sistemi vasitəsilə dəyişib.

 

Bu sistem istifadəçilərə müxtəlif ünvanı qeyd etməyə və məktubları Gmail serverləri üzərindən göndərməyə imkan verir. Bu hadisənin nəticəsi olaraq söyləmək olar ki, dələduzlar süni zəka və saxta mail ünvanları sayəsində o dərəcədə inandırıcı ola bilərlər ki, hətta peşəkar istifadəçilər belə onların qurbanlarına çevrilə bilərlər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354320
Bu gün
Bu həftə
Bu ay
Ümumi
56
12692
34382
1354320
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.