Bazar, 22 Dekabr 2024

OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!

Həm OpenAI, həm də Sora istifadəçiləri tərəfindən paylaşılan nümunələr onu göstərir ki, artıq kino keyfiyyətində videolar süni intellekt tərəfindən hazırlana bilər. Sora, möhtəşəm realistik təsvirlə əsas xəbər bülleteni kimi görünən videolar və ya təhlükəsizlik kamerası görüntüləri yarada bilir. Bu nümunələr xüsusilə qeyd olunmalıdır, çünki bu sahədəki yüksək realistik səviyyə saxta videoların yaradılıb, sürətlə yayılmasına şərait yarada bilər. Hazırkı vəziyyətdə Sora, məhsuldar əllərdə möcüzələr yarada bilsə də, “pis” niyyətli insanların əlində yüksək səviyyədə dezinformasiyaya yol aça bilər.OpenAI canlı yayımda Sora video hazırlama modelinin artıq tədqiqat mərhələsindən çıxaraq “sora.com” üzərindən istifadəyə açıldığını elan edib.
Fevral ayında ilkin versiyası təqdim olunan Sora modeli, süni intellektlə realistik videolar hazırlamaq potensialını nümayiş etdirmişdi. İndi isə bu modelin daha inkişaf etmiş versiyası olan Sora Turbo istifadəyə verildi. Yeni versiya daha sürətli işləmə qabiliyyəti və inkişaf etmiş funksiyaları ilə seçilir. İstifadəçilər sora.com vasitəsilə mətn daxil etməklə 1080p keyfiyyətində və 20 saniyəyə qədər videolar hazırlaya bilərlər. Sora, ChatGPT Plus istifadəçiləri üçün pulsuz təqdim edilir. Bu plan, ayda 480p keyfiyyətində 50 video hazırlamaq hüququ verir. Daha yüksək keyfiyyət və əlavə funksiyalar istəyənlər üçün isə ChatGPT Pro planı 10 dəfə daha çox istifadə hüququ və 720p-dən yüksək keyfiyyət təklif edir. Xüsusi qiymət paketlərinin isə gələn ilin əvvəlində tətbiq edilməsi planlaşdırılır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354393
Bu gün
Bu həftə
Bu ay
Ümumi
129
12765
34455
1354393
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.