Bazar, 22 Dekabr 2024

Tədqiqatçılar virtual reallıqdakı qidaların dadını ala biləcəyimiz lolipop hazırlayıblar!

Çin, Honq Konq və Yaponiyadan olan tədqiqatçıların birgə əməkdaşlığı ilə yaradılan və sadə dillə "elektrikli lolipop" adlandırılan cihazın işləmə prinsipi olduqca qəribədir. Bu ixtira, ümumilikdə 9 müxtəlif dad yarada bilir və bu dadları istifadəçiyə çatdırmaq üçün elektrik cərəyanlarından istifadə edir. Bunu bir az daha aydın izah etsək, cihazın içində saxlanılan təhlükəsiz və yeyilə bilən kimyəvi maddələr iontoforez metodu ilə istifadəçinin dilinə ötürülür. Yaradılan elektrik cərəyanlarının gücü isə virtual reallıqda oyun oynayarkən və ya film izləyərkən gördüyünüz yeməklərin dadını müəyyən edir.Sadəcə bununla da məhdudlaşmır.Cihaza 7 fərqli qoxu kanalını əhatə edən bir qoxu interfeysinin də əlavə olunduğu qeyd edilir.

 

Bu xüsusiyyət sayəsində VR dünyasında dad və qoxunun birləşməsi ilə daha geniş bir duyğu təcrübəsi əldə edə bilərsiniz. Təbii ki, bu vəziyyət dilə elektrik verilməsi məsələsini məntiqsiz göstərə bilər. Lakin tədqiqatçılara görə lolipop dilinizi birbaşa elektriklə vurmaq üçün deyil. Bu baxımdan, elektrik stimulyasiyasının olduqca aşağı səviyyədə olduğuna diqqət çəkilir.

    Hər nə qədər inqilabi bir ixtira kimi görünsə də, hazırda VR texnologiyaları üçün hazırlanmış bu elektrikli lolipop, yalnız məhdud sayda dad yarada bilir. Bunlara şirin, duzlu, limon turşusu, albalı, yaşıl çay, süd, durian və qreyfurt kimi dadlar daxildir. Təbii ki, gələcəkdə bu texnologiyanın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitlər yaradıla bilər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354426
Bu gün
Bu həftə
Bu ay
Ümumi
162
12798
34488
1354426
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.