Çərşənbə, 06 Avqust 2025

Tədqiqatçılar virtual reallıqdakı qidaların dadını ala biləcəyimiz lolipop hazırlayıblar!

Çin, Honq Konq və Yaponiyadan olan tədqiqatçıların birgə əməkdaşlığı ilə yaradılan və sadə dillə "elektrikli lolipop" adlandırılan cihazın işləmə prinsipi olduqca qəribədir. Bu ixtira, ümumilikdə 9 müxtəlif dad yarada bilir və bu dadları istifadəçiyə çatdırmaq üçün elektrik cərəyanlarından istifadə edir. Bunu bir az daha aydın izah etsək, cihazın içində saxlanılan təhlükəsiz və yeyilə bilən kimyəvi maddələr iontoforez metodu ilə istifadəçinin dilinə ötürülür. Yaradılan elektrik cərəyanlarının gücü isə virtual reallıqda oyun oynayarkən və ya film izləyərkən gördüyünüz yeməklərin dadını müəyyən edir.Sadəcə bununla da məhdudlaşmır.Cihaza 7 fərqli qoxu kanalını əhatə edən bir qoxu interfeysinin də əlavə olunduğu qeyd edilir.

 

Ardını oxu...

Hakerlər indi Microsoft Word faylları ilə hesabları oğurlayırlar!

Hakerlər bu dəfə potensial olaraq qurban seçdikləri insanların və e-poçt xidmətlərinin müdafiəsini qırıb keçən fişinq hücumlarını həyata keçirmək üçün yeni üsul tapıblar. Bunun üçün onlar bilərəkdən korlanmış Microsoft Word fayllarından istifadə etmək qərarına gəliblər. Beləliklə, hakerlər sadəcə düzgün işləməyən Microsoft Word faylları ilə istifadəçilərin hesablarını oğurlayırlar.

Fişinq e-poçtlarında tez-tez zərərli fayllar, zərərli mənbələrə keçidlər və ya endirilmiş fayllar kimi qoşmalar olur. Buna görə də, e-poçt təhlükəsizlik alətləri istifadəçilər e-poçtları almamışdan əvvəl qoşmaları skan edir və potensial qurbanları hücum barədə xəbərdar edir.Əgər göndərilən mənbə və ya qoşma düzgün işləməzsə,

 

Ardını oxu...

Toyota-nın insanabənzər robotu dünya rekordu qırıb!

Toyota-nın CUE6 insanabənzər robotu, təxminən 25 metr məsafədən topu səbətə ataraq dünya rekordu qırıb. Məhz bu rekordu qırmas bütün diqqətləri Toyota brendinin yeni insanabənzər robotuna tərəf çevirib.

Xatırladaq ki, 4 il əvvəl Toyotanın insanabənzər robotu CUE3-ün ardıcıl 2020 uğurlu sərbəst atış ilə Ginnesin Rekordlar kitabına düşmüşdü. CUE layihəsi hazırda altıncı nəsil insanabənzər robot üzərində işləyir və CUE6 olduqca çətin bir dünya rekordu qırıb. Guinness-in paylaşdığı məlumata görə, CUE6 24,55 metr məsafədən uğurlu atış edərək insanabənzər robot tərəfindən edilən ən uzaq basketbol zərbəsi rekordunu qırmağı bacarıb.

Ardını oxu...

İnsan beyni neçə GB yaddaşa malikdir?

Beynimizdə lazımlı-lazımsız çoxlu məlumatın saxlandığını bilirik. Bəs heç beynimizin neçə GB yaddaşa malik olduğunu düşünmüsünüzmü?

Beynimizin həcmini ölçmək elektron cihazlarda olduğu kimi asan deyil, amma yenə də alimlər beynimizin neçə GB olduğunu anlamaq üçün yaddaş və məlumat emal qabiliyyətlərini araşdıra bilirlər. Alınan nəticələr beynimizin qavrama gücünü aşacaq səviyyədədir. Gəlin, beynimizin neçə GB olduğunu birlikdə kəşf edək. Beynimiz 86 milyard neyronlardan ibarətdir və bu neyronlar arasında trilyonlarla əlaqə mövcuddur.Neyronların bir-birinə bağlandığı sinaptik əlaqələr məlumatın saxlanılmasını və işlənməsini təmin edir.

 

Ardını oxu...

Yeni batareya sayəsində telefonların qalınlığı plastik kartlardakı kimi olacaq

Çalmers Texnologiya Universitetinin isveçli tədqiqatçıları həm yükə davamlı struktur kimi, həm də enerjinin saxlanması üçün istifadə edilə bilən struktur batareya işləyib hazırlayıblar.

Karbon lifindən hazırlanmış akkumulyator alüminium kimi möhkəm olsa da, çəkisi ondan xeyli azdır.

Akkumulyator mobil telefonun korpusunu, avtomobilin damını və hətta təyyarənin korpusunu əvəz edə bilər. Bu materialdan hazırlanmış batareya elementi tükdən təxminən üç dəfə qalındır və tədqiqatçıların fikrincə, nəzəri olaraq mobil telefonları kredit kartları qədər nazik edə biləcək.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1720275
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1094
5068
7575
1720275
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.