Bazar ertəsi, 20 Yanvar 2025

NASA ilk dəfə Günəşə çox yaxın bir məsafədən uçuş həyata keçirib!

NASA-nın kosmik aparatı daha əvvəl heç bir aparatın yaxınlaşmadığı qədər Günəşə yaxınlaşaraq tarixə düşüb. Parker Solar Probe adlanan aparat, Günəşin xarici atmosferi olan koronanın yandırıcı istiliyinə tab gətirərək Günəşə 6.1 milyon kilometr məsafəyə çatıb. Aparatın istilik qalxanları isə 930 dərəcə istiliyə dözə bilib.

2018-ci ilin avqustunda buraxılan Parker Solar Probe, Günəşi daha yaxından öyrənmək və kosmosdakı hava hadisələrini qabaqcadan müəyyən etmək üçün nəzərdə tutulmuş 7 illik bir missiyanı yerinə yetirir.Bu missiya, Yer üzündəki həyata təsir edə biləcək kosmos hadisələri haqqında daha çox məlumat əldə etməyi hədəfləyir.

 

Parker Solar Probe proqramının elmi rəhbəri Arik Posner açıqlamasında, "Bu, NASA-nın cəsarətli missiyalarının bir nümunədir. Biz kainatımız haqqında uzun müddətdir cavablanmamış sualları cavablandırmaq üçün daha əvvəl heç kimin etmədiyini edirik" deyib.

Lakin aparatın Günəşə çox yaxın olması səbəbindən hazırda onunla əlaqə kəsilib. Parker aparatının sağ qalıb-qalmadığını isə 27 dekabrda müəyyən etmək mümkün olacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1396438
Bu gün
Bu həftə
Bu ay
Ümumi
227
1764
26916
1396438
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.