Cümə, 18 Aprel 2025

Google Gemini çat-botunu qulaqlıqlarda istifadəyə verəcək

Keçən həftə Google öz süni zəka əsaslı çat-botunun adını Bard-dan Gemini-yə dəyişdi. Bununla yanaşı şirkət Gemini-nin Android tətbiqini də istifadəyə verdi. Lakin görünür, şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, şirkət Gemini-ni smartfonlarla yanaşı həmçinin qulaqlıqlarda da istifadə etmək niyyətindədir. Bu barədə məlumat Google tətbiqinin kodunda aşkar edilib. Orda qeyd edilib ki, Gemini qulaqlıqlarda istifadəyə veriləcək. Bunun necə reallaşdırılacağı barəsində məlumat yoxdur. Çox güman ki, smartfona quraşdırılmış Gemini çat-botu ilə qulaqlıqlar arasında sinxronlaşdırma reallaşdırılacaq və nəticədə çat-bot qulaqlıqlarda Google Assistant kimi çalışacaq. Bununla yanaşı bunun yalnız Google Pixel qulaqlıqlarında və ya digər brendlərin qulaqlıqlarında da reallaşdırılacağı bilinmir.

Dünyanın ilk avtonom yol təmir robotu sınaqdan keçiriləcək!

Dünyanın ilk avtonom çuxurları təmir edə bilən robotu yol sınaqlarına başlayır. Robotiz3d və Liverpul Universitetinin alimləri tərəfindən hazırlanmış robot çuxurların aşkarlanmasında yenilik etmək və yoldan istifadə edən insanlar üçün daha rahat təcrübə təmin etmək üçün nəzərdə tutulub.

Süni intellekt ilə dəstəklənən “Avtonom Yol Təmir Sistemi” avtonom şəkildə yollara nəzarət edir və həmin yollar çuxurlara çevrilməzdən əvvəl onları aşkar edərək doldurur. Bu proaktiv yanaşma çuxurların əmələ gəlməsinin qarşısını alır, eyni zamanda təmir ehtiyacını əhəmiyyətli dərəcədə azaldır.

Ardını oxu...

Neuralink çərçivəsində ilk xəstənin beyninə çip uğurla yerləşdirilib!

Neuralink şirkəti nəhayət ilk xəstənin beyninə kompüterlə əlaqə saxlamasına imkan verən çip yerləşdirib. İlk əməliyyat olduqca uğurlu həyata keçirilib. Qeyd edək ki, bu il ümumilikdə 11 könüllü xəstənin belə əməliyyat keçirəcəyi daha əvvəl də bildirilmişdi. Neuralink 2024-cü ildə öz sınaqlarında ciddi inkişaf əldə edə bilər.

Ümumiyyətlə Neuralink şirkəti insan beyni və kompüter arasında əlaqə yaratmaqla bionik protezləri və ya ekzoskeletləri effektiv şəkildə idarə etməyə ümid edir. Ötən gün Neuralink layihəsinin ideya müəllifi və şirkəti qurucusu Elon Musk X sosial şəbəkəsində etiraf edib ki, Neuralink çərçivəsində ilk insanın beyninən çip yerləşdirilib və hazırda xəstə əməliyyatdan sonra tədricən sağalır. Xatırladaq ki, kiçik silindrik implant insanın kəllə sümüyündəki bir dəliyə yerləşdirilir və ən nazik elektrodlarla beyinə bağlanır. Habelə, şirkətin ideyasına görə, bu cür əməliyyatları ixtisaslaşmış robotlar yerinə yetirməlidir. Elon bildirib ki, ilkin nəticələr ümidvericidir, çünki, çip xəstənin neyronlarının fəaliyyətini qeydə almağa müvəffəq olub.

Ardını oxu...

Azərbaycanda ilk dəfə “Robotex Türkiyə” festivalının bölgə çempionatları keçiriləcək

Bu il fevralın 17-18-də Naxçıvanda, martın 2-3-də isə Bakıda Azərbaycanda ilk dəfə “Robotex Türkiyə” yarışının bölgə çempionatları keçiriləcək.

“Robotex Türkiyə” yarışına qeydiyyat fevralın 7-dək davam edəcək. Çempionatda 5 yaşdan yuxarı hər kəs iştirak edəcək. “Azərbaycan innovasiya və texnologiyaların qəlbi olacaq. İlk dəfə Azərbaycanda baş tutacaq “Robotex Türkiyə” yarışında qalib gəlmiş bölgə çempionları Antalya və Estoniyanın Tallin şəhərlərində keçiriləcək beynəlxalq robot çempionatında iştirak üçün vəsiqə qazancaqlar.

Qeyd edək ki, “Robotex” adlı festival ilk dəfə Estoniyada keçirilib, sonra isə beynəlxalq tədbirə çevrilib. Ötən il “Robotex” festivalına İtaliya, Türkiyə, Yunanıstan, Polşa, Koreya, Çin, Litva, Macarıstan və digər 26 ölkədən 887 iştirakçı 14 müxtəlif yarışda iştirak edib.

Tarixin ən populyar 10 telefon və smartfonu tərtib edilib!

Ümumiyyətlə smartfonlar və ya telefonlar uzun müddətdir ki, həyatımızdadır. Dünyanın ən çox istifadə olunan bu cihazlarının sayı bəlkədə dünyadakı insanların sayından belə çoxdur. Məhz bu telefonların və smartfonların bu qədər çox olması müxtəlif brendlərin illər ərzində özlərinə məxsus yeni cihazlar təqdim etməsi ilə bağlıdır. Hətta bugün də bir çox texnologiya nəhəngi öz ənənələrini davam etdirərək yeni smartfon seriyası təqdim edirlər. 

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1561211
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1065
11779
31330
1561211
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.