Cümə axşamı, 07 Avqust 2025

Google robotları idarə edə bilən yeni süni intellekt modellərini təqdim edib!

Google DeepMind, robotlara daha geniş fiziki tapşırıqları yerinə yetirməyə imkan verəcək iki yeni süni intellekt modelini təqdim edib. Belə ki, Gemini Robotics və Gemini Robotics-ER, robotların yeni vəziyyətləri dərk etmələrini və hətta təlim olmadan da mühitləri ilə daha yaxşı qarşılıqlı əlaqə qurmalarını təmin etmək məqsədi daşıyır.

Gemini Robotics Google-un qabaqcıl süni intellekt modeli Gemini 2.0 üzərində qurulmuş bir sistemdir. Google DeepMind-in Robototexnika direktoru Karolina Paradanın sözlərinə görə, bu model multimodal dünya anlayışını fiziki hərəkətlərlə birləşdirərək robotları daha çevik və interaktiv edir. Google DeepMind-ə görə, model üç əsas sahədə fərqlənir: ümumiləşdirmə, qarşılıqlı əlaqə və çeviklik.

 

Ardını oxu...

İnternetdə bir dövr başa çatır? AI agentləri veb saytları məhv edə bilər!

Hazırda süni intellekt sahəsində şahidi olduğumuz sıçrayışın qarşıdakı illərdə həyatın hər sahəsində köklü dəyişikliklərə səbəb olacağı gözlənilir. İstehsaldan nəqliyyata, səhiyyə sektorundan fizika dünyasına qədər hər sahədə inqilab edəcəyi gözlənilən bu texnologiya internet dünyası üçün də bir dövrü bağlaya və yeni bir dövr aça bilər. Son zamanlar adlarını çox eşitdiyimiz AI agentləri veb saytların gələcəyi üçün ekzistensial təhlükə olaraq görülməyə başlanıblar.Bu yaxınlarda Çində ortaya çıxan Manus AI ilə ilk konkret nümunələrini gördüyümüz AI agentləri, istifadəçilərin təlimatlarına uyğun olaraq bir çox işi təkbaşına yerinə yetirə bilirlər. Belə ki, bu agentlər insan kimi internet saytlarına girib oradan məlumat toplaya, görüş təyin etmək,səbət hazırlamaq kimi müxtəlif əməliyyatları yerinə yetirə bilər.

 

Ardını oxu...

Anthropic süni zəkanın yalanlarını və əsl məqsədlərini gizlətmə hallarını ortaya çıxartmağı öyrənib

Sürətlə inkişaf edən süni zəka modelləri artıq indiki mərhələdə yalan danışmağa, faktları saxtalaşdırmağa, həqiqi məqsədlərini gizlətməyə və istifadəçilərin gözlədiyi, lakin yanlış cavablar verməyə qadirdir. Anthropic şirkətinin tədqiqatçıları bu cür davranışları aşkar etməyə imkan verən audit metodları hazırlayıblar. Bunun üçün onlar əvvəlcə Claude adlı çat-botu uydurma yanaşmalara uyğun olaraq öyrədiblər, daha sonra isə yanlış məlumatlar əsasında hazırlanmış neyron şəbəkəsinin gizli məqsədini müəyyən etməyi bacarıblar.Tədqiqatçılar Claude adlı süni zəka köməkçisini, real insan seçimlərinə deyil, qiymətləndirmə modellərindən (RM) mümkün qədər yüksək mükafat almağa

 

Ardını oxu...

Məşhur çat-botlardan hansıları daha çox konfidensial məlumat yığır?

Çin mənşəli süni zəka modelləri, məsələn, DeepSeek ətrafında artan narahatlıqlara baxmayaraq, yeni bir araşdırma göstərir ki, bu qorxular bəlkə də şişirdilmişdir - ən azından məxfilik baxımından. Əslində, bəzi məşhur ABŞ mənşəli süni zəka çat-botları daha çox şəxsi məlumat toplaya bilər. DeepSeek yanvar ayında açıq mənbəli koda sahib flaqman süni zəka modelini təqdim edəndə, ABŞ texnologiya sektoru güclü reaksiya verdi. Bəzi mütəxəssislər bu hadisəni "süni zəkanın gündəlik həyatın bir hissəsinə çevrildiyi an" kimi qiymətləndirdi. 2 gün ərzində 12 milyon insan bu süni zəka çat-botunu yüklədi.

Bunun ardınca məxfilik və təhlükəsizliklə bağlı çoxsaylı problemlər yarandı. Nəticədə, ABŞ və bir sıra digər ölkələrdə həm dövlət, həm də özəl təşkilatlar DeepSeek-in istifadəsini qadağan etdi.

Instagram, Blend adlı “ortaq kəşfet” xüsusiyyətini aktivləşdirib!

Bu xüsusiyyət istifadəçilər və onların dostları arasında bir-birlərinə göndərdikləri Reels-lər və onların fərdi maraqlarına uyğun olaraq paylaşılan Reels lentini yaradır.

İstifadəçilər mesaj ekranlarının sağ yuxarısında bir-birinə qarışmış iki stiker kimi görünən Blend ikonasına toxunmaqla başqalarını dostlarını birlikdə Reels kəşfeti yaratmağa dəvət edə bilərlər.Qəbul edildikdən sonra istifadəçilər bir-birlərinin zövqünə əsaslanan tövsiyə olunan Reels lentini görəcəklər.Blend xüsusiyyəti, Instagram-ın yaxın əlaqələr vasitəsilə məzmun kəşfini dərinləşdirmək üçün son addımıdır.

 

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1721683
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1202
6476
8983
1721683
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.