Hava üzərindən məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb
Eyndhoven Texnologiya Universitetinin (TU/e) alimləri 4.6 km məsafədə naqilsiz infraqırmızı rabitə kanalı quraraq bu vasitə ilə saniyədə 5.7 Tbit sürətlə məlumat ötürə biliblər. Bu, şəhər mühitində əldə olunmuş ən yüksək naqilsiz optik ötürmə sürətidir və praktiki tətbiqlər üçün böyük potensiala malikdir. Məsələn, kabel infrastrukturunun olmadığı şəraitdə mövcud şəbəkələrə 5G və 6G antenalarının naqilsiz qoşulması üçün istifadə oluna bilər. Yüksəksürətli bağlantı TU/e-nin şimaldakı kampusu ilə Eyndhovenin cənubundakı High Tech Campus (HTC) arasında qurulub.