Bazar ertəsi, 19 May 2025

WhatsApp Web-də çoxdan gözlənilən funksiya test edilir

Testçilər WhatsApp messencerinin yeni beta versiyasında son dərəcə faydalı bir yenilik aşkar ediblər. Bu funksiya, mobil və masaüstü tətbiqlərlə müqayisədə funksionallıq baxımından xeyli geri qalan WhatsApp-ın veb versiyasındakı əsas problemi həll etməyə yönəlib. WABetaInfo portalının məlumatına görə, messencerin veb versiyası nəhayət gözlənilən audio və video zəng funksiyasını əldə edəcək. Bu funksiya masaüstü versiyada olduğu kimi işləyəcək. Artıq yenilənmiş veb interfeysi göstərən ekran görüntüsü də internetdə yayılıb.

Güman olunur ki, danışıq zamanı istifadəçilər audio və video zəng arasında keçid edə biləcəklər. Bu yeniliyin yaxın zamanda istifadəyə verilməsi gözlənilir, lakin yeniləmənin dəqiq tarixi hələ məlum deyil - çünki funksiya hazırda sınaq mərhələsindədir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1609263
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1096
3838
25738
1609263
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.