Bazar ertəsi, 19 May 2025

Microsoft-un proqram təminatı kodunun artıq 30%-i süni zəka vasitəsilə tərtib edilib

Microsoft şirkətinin repozitoriyalarında yerləşən proqram kodunun 20%-dən 30%-ə qədər olan hissəsi proqram təminatı tərəfindən, yəni süni zəka tərəfindən yazılıb. Bu barədə Microsoft-un baş direktoru Satya Nadella bu həftə keçirilmiş LlamaCon konfransında Meta Platforms-un rəhbəri Mark Zuckerberg-lə söhbət zamanı bildirib. Nadella bu rəqəmləri Mark Zuckerberg-in “hazırda şirkətinizin proqram kodunun nə qədər hissəsi süni zəka vasitəsilə yaradılır?” sualına cavab olaraq səsləndirib.

 Microsoft rəhbəri əlavə edib ki, generativ neyroşəbəkələrin kod yazarkən göstərdikləri nəticələr proqramlaşdırma dilindən asılı olaraq dəyişir. Belə ki, bu alqoritmlər ən yaxşı nəticəni Python ilə işləyərkən göstərirlər, C++ ilə isə daha az effektivdirlər. Nadella eyni sualı Zuckerberg-ə ünvanladıqda isə Meta rəhbəri öz şirkətində süni zəkanın nə qədər kod yaratdığına dair dəqiq məlumatının olmadığını bildirib.

Microsoft-un texniki direktoru Kevin Scott daha əvvəl proqnozlaşdırmışdı ki, artıq 2030-cu ilə qədər proqram kodlarının 95%-ə qədəri süni zəka alqoritmləri tərəfindən yaradılacaq. Qısa müddət əvvəl isə Google-un baş direktoru Sundar Pichai bildirmişdi ki, şirkətin proqram kodunun 30%-dən çoxu süni zəka tərəfindən generasiya olunur. Qeyd etmək lazımdır ki, səsləndirilən bu rəqəmlər çox güman ki, təxmini xarakter daşıyır, çünki şirkətlərin süni zəka nə qədər kod yaratdığını və nə qədərinin proqramçılar tərəfindən yazıldığını necə ölçdüyü aydın deyil.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1609400
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1233
3975
25875
1609400
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.