Bazar ertəsi, 09 İyun 2025

Dünyanın ilk niobium əsaslı batareyası təqdim edilib!

Leclanche SA-nın CEO-su Pierre Blanc, "Dünyanın ilk kommersiya XNO Li-ion hücresini bazara təqdim etməkdən böyük məmnunluq duyuruq" deyərək düşüncələrini ifadə edib. Leclanche, mövcud litium-titanyum-oksid (LTO) batareya həlləri əvəzinə, XN50-dən istifadə edərək yeni batareya modulları və paketləri təqdim etməyi planlaşdırır. XN50, Cambridge mərkəzli Echion Technologies tərəfindən hazırlanmış niobium əsaslı XNO texnologiyasını istifadə edir. Echion, xüsusilə ağır iş tətbiqləri üçün sürətli enerji doldurma dəstəyi təklif edən bu yeni texnologiyanı inkişaf etdirərkən ətraf mühitə təsiri də azaltmağa müvəffəq olub.Niobium bazlı XNO texnologiyasını istifadə edən XN50, LTO texnologiyası ilə müqayisədə 50% daha yüksək enerji sıxlığına malikdir

 

Ardını oxu...

Google Maps, artıq saxta rəyləri ifşalayacaq!

Google, bu problemə qarşı tədbir görərək Saxta Əlaqə siyasətini yeniləyib və saxta rəylərə müraciət edən müəssisələrə qarşı sərt tədbirlər görməyə başlayıb. Search Engine Roundtable-ın hesabatına və sosial mediada paylaşılan ekran görüntülərinin təsdiqlədiyinə görə, Google artıq saxta rəy tələb edən müəssisələrin Google Maps profilində açıq xəbərdarlıq göstərir. Yenilənmiş siyasət çərçivəsində qaydalara əməl etməyən müəssisələrə müxtəlif məhdudiyyətlər tətbiq edilir.Bu məhdudiyyətlər arasında saxta rəylərin silinməsi, müəyyən müddət ərzində yeni rəy və qiymətləndirmə ala bilməmək və müəssisə səhifəsində saxta rəylərin silindiyini göstərən ictimai xəbərdarlıq göstərilməsi daxildir.

 

Ardını oxu...

Təcrübi 6G şəbəkəsində məlumatları rekord sürətlə ötürmək mümkün olub

London Universitet Kollecinin tədqiqatçıları təcrübi 6G şəbəkəsini test ediblər. Məlumata əsasən test edilmiş təcrübi 6G şəbəkəsi məlumatların rekord sürətlə ötürülməsini təmin edərək aktual 5G şəbəkələrini 5000 dəfə üstələyib. Tədqiqatçıların sözlərinə əsasən aparılmış test çərçivəsində onlar təcrübi 6G şəbəkəsində məlumatların saniyədə 938 Gbit sürətlə ötürülməsinə nail olublar. Müqayisə üçün qeyd etmək lazımdır ki, mövcud olan 5G şəbəkələrdə məlumatların ortalama ötürülmə sürəti saniyədə 200 Mbit təşkil edir.Təcrübi 6G şəbəkəsində bu cür yüksək sürət məlumatların elektron və optik ötürülmə üsullarının kombinasiyası sayəsində əldə edilib.

WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib

WhatsApp komandası messencerdə yeni faydalı funksiyanın istifadəyə verildiyini elan edib. İstifadəyə verilmiş yeni funksiya səsli mesajları sevməyən istifadəçilər üçün əla fürsətdir. Söhbət, səsli mesajların mətn formatına çevrilməsi funksiyasından gedir. Funksiya Voice message transcripts adlanır. Qeyd etmək lazımdır ki, oxşar funksiya artıq müəyyən müddət ərzində Telegram-da mövcuddur. Lakin Telegram-da funksiyadan yararlanmaq üçün Telegram Premium abunəliyinə sahib olmaq lazımdır.
WhatsApp-da isə bu imkan tamamilə pulsuz təklif edilir. WhatsApp komandası bildirib ki, funksiyadan istifadə zamanı səsli mesajın mətn formatına çevrilməsi prosesi bulud serverdə deyil, cihazın özündə baş verir. Buna görə də mesajın tərkib hissəsi cihazdan kənara çıxa bilmir.

Dünyanın ən güclü superkompüteri təyin edilib

El Capitan adlı superkompüter 1.7 FLOPS (ekzaflops) performans göstəricisi sayəsində dünyanın ən güclü superkompüterləri reytinqində birinci yeri tutub. Livermor Milli Laboratoriyasında yerləşən bu superkompüter reytinqin daha öncəki lideri olmuş Frontier adlı superkompüteri (1.3 FLOPS) ikinci pilləyə endirib. Daha öncə reytinqin ikinci pilləsində qərarlaşmış Intel Aurora adlı superkompüter isə üçüncü pilləyə düşüb.
El Capitan tarix ərzində ekzaflops səviyyəsində performans sərgiləyən 3-cü superkompüter oldu. O, saniyədə kvintilyondan çox əməliyyatı yerinə yetirə bilir.Sözügedən superkompüter AMD şirkətinin 4-cü nəsil AMD EPYC prosessorları əsasında birləşdirilmiş 11 milyon CPU və GPU nüvəsindən təşkil edilib.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1637134
Bu gün
Bu həftə
Bu ay
Ümumi
780
1945
10410
1637134
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.