Bazar ertəsi, 19 May 2025

Yaxın zamanda Grok 3.5-in istifadəyə veriləcəyini elan edilib

xAI şirkətinə məxsus süni zəka çat-botu Grok yaxın zamanda yeni bir yeniləmə əldə edəcək. Söhbət, Grok 3.5-dən gedir. Hazırda bu versiya beta test mərhələsindədir və geniş ictimaiyyət üçün əlçatan deyil. Lakin SuperGrok abunəçiləri ona artıq gələn həftə erkən çıxış əldə edəcəklər. Rəsmi buraxılış tarixi hələ təsdiqlənməsə də, qarşıdakı yeniləmənin əsas xüsusiyyətlərindən biri Grok 3.5-in texniki suallara unikal cavablar verə bilməsi olacaq. Xüsusilə, Musk Grok-un yeni versiyasının elektrokimya və raket mühərrikləri kimi mürəkkəb elmi-texniki sahələrdə müəyyən dəqiqliklə işləmək qabiliyyətini vurğulayıb.

 Grok 3.5 digər çat-botlardan suallara cavab formalaşdırma üsulu ilə fərqlənəcək. Belə ki, bir çox süni zəka çat-botları məlumat axtarışı üçün interneti skan edir və cavabları xarici mənbələrə əsaslanaraq toplayır, Grok 3.5 isə cavabları “sıfırdan yaradacaq” və “məntiqi düşünmə” modelindən istifadə edəcək. Bu isə o deməkdir ki, yaradılan cavablar potensial olaraq unikal ola bilər və internetdə artıq mövcud olan materiallardan götürülməyəcək.

Müəyyən mənada bənzər yanaşma DeepSeek R1 adlı süni zəka modelində də tətbiq olunub, o da eyni şəkildə məntiqi düşünmə mexanizmindən istifadə edir. Bu, çat-botla daha dinamik qarşılıqlı əlaqə imkanı yaradır, cavablarda plagiat riskini azaldır və daha mürəkkəb suallara cavab verməyə imkan verir. Lakin “düşünən süni zəka” texnologiyasının öz qiyməti var - o, əhəmiyyətli dərəcədə daha çox hesablama resursları tələb edir. Məhz buna görə də xAI şirkəti hesablama imkanlarını genişləndirmək üçün əlavə yollar axtarır və bu məqsədlə on milyardlarla dollar investisiya cəlb etmək istəyir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1609353
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1186
3928
25828
1609353
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.