Bazar, 22 Dekabr 2024

Bir cihazda eyni anda iki Whatsapp hesabından istifadə funksiyası istifadəyə verilib

Whatsapp tərtibatçıları messenceri yeniləyərək ona çoxdan gözlənilən funksiyanı əlavə ediblər. Söhbət bir cihazda eyni anda iki Whatsapp hesabının istifadəsi funksiyasından gedir. Messencerin rəsmi bloqunda Whatsapp-a ikinci telefon nömrəsinin əlavə edilməsi təlimatı yerləşdirilib. Messencerə ikinci telefon nömrəsinin daxil edilməsi üçün messencer daxilində ayarlara keçid edib istifadəçi adının yanındakı işarəyə klikləmək lazımdır.

Lakin onu da qeyd etmək lazımdır ki, bunun üçün mütləq şəkildə əlavə nömrənin SIM kartı və ya eSIM versiyası lazım olacaq. Belə ki, prosesin yekunlaşdırılması üçün həmin nömrəyə xüsusi SMS şifrə göndəriləcək.

Ardını oxu...

Yenilənmiş Google Search-ə fotoların tərtib edilməsi funksiyası əlavə edilib

Google SGE (Search Generative Experience) özündə süni zəka sistemini birləşdirən yenilənmiş Google Search-dür. Daha öncə bu axtarış sistemində axtarış sorğuları əsasında mətn formatında məlumatların tərtibatı aktiv idi. İndi isə bu yenilənmiş axtarış sisteminə mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyası əlavə edilib. Beləliklə bundan sonra Google SGE istifadəçiləri birbaşa axtarış sistemində fotolar tərtib edə biləcəklər. Qeyd etmək lazımdır ki, Google SGE hal hazırda test rejimində çalışır və ondan Google Labs-da qeydiyyatdan keçmiş istifadəçi hesabları yararlana bilirlər. Bu yenilənmiş axtarış sistemi istifadəçilərin sorğularına cavabları ənənəvi veb səhifələr siyahısı şəklində deyil, internetdə mövcud olan məlumatlar əsasında tərtib edilmiş mətnlər şəklində təqdim edir. Ardını oxu...

Adobe şirkətinin yeni süni zəka funksiyası videolardakı lazımsız obyektləri silə bilir

Adobe şirkəti generativ süni zəka sistemləri ilə müxtəlif təcrübələr aparmağa davam edir. Özünün Photoshop tətbiqinə çoxlu sayda süni zəka funksiyasını əlavə edəndən sonra şirkət hal hazırda öz diqqətini videolara ayırıb. Şirkətin hazırladığı Project Fast Fill adlı yeni funksiya bu və ya digər videoda baş verənləri dəyişmək imkanına sahibdir. Sözügedən funksiya Google Pixel 8 smartfonlarında olan Magic Eraser funksiyasını xatırladır.

 Google Pixel 8 smartfonlarındakı bu funksiya fotolardakı obyektləri silməyə, onların yerlərini dəyişməyə və obyektlərin özlərini redaktə etməyə imkan verir.

Ardını oxu...

Google artıq ənənəvi şifrələrin yerinə Passkey-dən istifadəni təklif edir

Google şirkəti istifadəçilər arasında Passkey texnologiyasını yaymağa davam edir. Bu texnologiya ənənəvi şifrələrin istifadəsindən azad olmağa imkan verir və həmin şifrələrin autentifikasiya üsullarından biri ilə əvəzlənməsini təklif edir. Şirkət elan edib ki, o artıq öz istifadəçilərinə giriş açarının yaradılması təklifini göndərib. İstifadəçilər yaradacaqları giriş açarından istifadə edərək öz Google hesablarına daxil ola biləcəklər və bu halda heç bir şifrənin daxil edilməsinə ehtiyac qalmayacaq. Passkey texnologiyası ənənəvi şifrələr ilə müqayisədə daha təhlükəsiz və rahat alternativ hesab edilir. O, şifrələrdən və SMS təsdiqləmələrdən istifadəni aradan qaldırır və onları PIN kod və ya barmaq izi ilə üz skanı kimi biometrik autentifikasiya ilə əvəz etməyi təklif edir. Bununla belə biometrik məlumatlar Google şirkətinə və ya başqa birinə ötürülmür. Ardını oxu...

Starlink peyklərindən düşən dağıntılar insanları yaralaya və ya öldürə bilər

Federal Aviasiya Administrasiyası (FAA) bildirir ki, SpaceX-in Starlink peyklərindən düşən dağıntılar hər iki ildən bir bir insanı yaralaya və ya öldürə bilər və təyyarəni vurmaq təhlükəsi yarada bilər.

FAA hesab edir ki, Starlink peyklərinin sayının artması ilə qəzalar baş verə bilər. Hazırda SpaceX 5000-ə yaxın peyk buraxıb. Şirkət FAA-nın 12.000 peyki idarə etmək icazəsinə malikdir və ümumilikdə 40.000-ə nəzarət etmək istəyir. Starlink bürcünün miqyasının qarşıdakı onillikdə bənzərsiz olacağına görə, FAA hesab edir ki, “2035-ci ildə dağıntıların yenidən daxil olması nəticəsində yerdəki insanlar və aviasiya üçün gözlənilən riskin 85 faizindən çoxu” Maskın kosmik gəmisindən gələcək.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354448
Bu gün
Bu həftə
Bu ay
Ümumi
184
12820
34510
1354448
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.