Şənbə, 21 Dekabr 2024

Dünyada ilk dəfə texniki özəllikləri istifadəçinin istəyinə görə ayarlana bilən smartfon təqdim olunub

Hindistanın Lava adlı şirkəti özünün Z seriyası çərçivəsində 4 ədəd smartfon təqdim edib. Söhbət, Z1, Z2, Z4 və Z6 smartfon modellərindən gedir. Sadalanmış bu smartfonlar orta büdcəli modellərdir və çətin ki, Hindistan bazarından kənarda satışa çıxacaqlar. Lakin təqdimat çərçivəsində daha bir smartfon modeli təqdim olunub və bütün diqqət ona ayrılıb.

Bu, Lava MyZ adlı smartfondur. Şirkətin verdiyi məlumata əsasən sözügedən smartfonun əsas fərqli özəlliyi ondan ibarətdir ki, o, dünyanın ilk ayarlana bilən texniki özəllliklərə sahib Android smartfonudur.

 Lava MyZ standart orta səviyyəli smartfon modelidir. O, HD+ keyfiyyətli 6.5 düym IPS ekran, MediaTek Helio G35 prosessoru və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu smartfonun əsas özəlliyi isə ondan ibarətdir ki, alıcı onu alan zaman öz istəyinə uyğun olaraq müxtəlif texniki parametrləri seçə bilər. Adətən smartfon alışı zamanı alıcılar istehsalçı tərəfindən təqdim olunan versiyalardan birini seçə bilərlər. Həmin versiyalar isə öz aralarında RAM və daxili yaddaş həcmi üzrə fərqlənirlər. Bununla belə onların texniki özəlliklərinin müxtəlifliyinə heç cür təsir göstərmək mümkün deyil.

    Təqdim olunmuş Lava MyZ smartfonunun alışı zamanı isə alıcı öz istəyinə uyğun olaraq RAM göstəricisini, daxili yaddaş həcmini, kameraların sayını və keyfiyyətlərini, o cümlədən smartfon gövdəsinin rəngini seçə bilər. Bütün texniki göstəriciləri müxtəlif şəkildə kombinasiya etmək mümkündür. Nəticədə sözügedən smartfon 66 müxtəlif kombinasiyada mövcuddur. Lava MyZ modelinin qiyməti istifadəçi tərəfindən seçilmiş parametrlərdən asılı olaraq dəyişir və ən ucuz modelin qiyməti 95$-dan başlayır.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1353871
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1229
12243
33933
1353871
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.