Xiaomi Mi 11 Lite smartfonunun real fotoları ortaya çıxıb
Xiaomi Mi 11 flaqman smartfonunun təqdim olunmasından sonra insayderlər onun sadələşdirilmiş modeli barəsində məlumat vermişdilər. Söhbət, Mi 11 Lite modelindən gedir. İndi isə sözügedən smartfonun bir sıra real fotoları ortaya çıxıb, insayderlər isə onun texniki özəllikləri barəsində məlumat veriblər. Ortaya çıxmış real fotolardan həmçinin məlum olub ki, smartfon MIUI 12 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon 2.3 GHz tezlikdə çalışan prosessor ilə təchiz olunacaq. Lakin prosessorun dəqiq modeli hələki bilinmir. Bununla yanaşı Mi 11 Lite 6 GB RAM-ı da özündə birləşdirəcək.



Apple cihazlarında internetdən istifadə etmədən fayl ötürülməsini təmin edən AirDrop-a Android alternativi olan Google Nearby Share artıq istifadəyə hazırdır.
İnsayderlərin verdikləri məlumata əsasən gələn ay Apple şirkəti növbəti təqdimat tədbirini keçirəcək. Həmin tədbirdə 3 yeni məhsulun təqdim olunacağı gözlənilir. İnsayder Jon Prosser-in sözlərinə əsasən Apple şirkəti gələn ay yenilənmiş iPad Pro planşetini, yeni AirPods qulaqlığını və AirTags axtarış trekerini təqdim edəcək. Qeyd etmək lazımdır ki, AirTags axtarış trekerinin hələ keçən ilin sentyabr ayında iPhone 12 ilə birlikdə təqdim olunması gözlənilirdi. Lakin bu baş verməmişdi.