Dünyanın ən sürətli superkompüteri istifadəyə verilib
Rəsmi olaraq Yaponiyanın keçən il təqdim edilmiş Fugaku adlı superkompüteri sonunda işə salınıb. Beləliklə mütəxəssislər onun gücündən öz tədqiqatlarında istifadə edə biləcəklər. Bura həmçinin COVID-19-un müşahidə olunması və virusa qarşı effektiv dərmanın tapılması da daxildir. Fugaku superkompüterinin yaradılmasına 2014-cü ildə start verilmişdi. 7 illik hazırlanma mərhələsindən sonra Yaponiyanın Riken adlı elmi tədqiqat institutu Yer kürəsinin ən sürətli sistemini işə salmağa nail olub.


Adobe rəsmi olaraq M1 prosessorlu Apple cihazları üçün “Photoshop”u elan edib. Photoshop Məhsulları İdarəetmə və Məhsul Stratejisi sədrinin müavini Pam Clark, daxili testlərin son Mac'ları istifadə edən müştərilər üçün “Photoshop”da əhəmiyyətli performans qazancları göstərdiyini söyləyib. 
WhatsApp-a yeni funksiya gəlib. Tətbiqin macOS və Windows üçün tətbiqi barədə açıqlama verən şirkət, istifadəçilərin artıq bu masaüstü tətbiqləri vasitəsi ilə səsli və video zənglər edə biləcəyini açıqlayıb. Şirkət ayrıca masaüstü versiyaları üzərindən ediləcək söhbətlərin şifrələnəcəyini vurğuladığından, məlumatlar əldə edilə bilməz.