Google öz servislərindəki istifadəçi əməliyyatlarının tarixçələrini şifrələmək imkanını istifadəyə verib
 Google şirkəti istifadəçilər üçün konfidensiallıq imkanlarının genişləndirilməsini anons edib. Belə ki, bundan sonra istifadəçilər Google servisləri daxilində reallaşdırmış olduqları əməliyyatlarının tarixçələrini xüsusi şifrə ilə qoruya və ya ümumilikdə həmin tarixçələrin yaddaşda saxlanılmasını deaktiv edə biləcəklər. Konfidensiallıq imkanlarını əhatə edən bu yeni funksiya Google şirkətinin saytlarında, servislərində, tətbiqlərində reallaşdırılmış əməliyyatların tarixçələrini, axtarış sorğularının tarixçələrini, Youtube platformasında baxış tarixçələrini və Google Assistant səsli köməkçisinə verilmiş sualların tarixçələrini əhatə edir.
Google şirkəti istifadəçilər üçün konfidensiallıq imkanlarının genişləndirilməsini anons edib. Belə ki, bundan sonra istifadəçilər Google servisləri daxilində reallaşdırmış olduqları əməliyyatlarının tarixçələrini xüsusi şifrə ilə qoruya və ya ümumilikdə həmin tarixçələrin yaddaşda saxlanılmasını deaktiv edə biləcəklər. Konfidensiallıq imkanlarını əhatə edən bu yeni funksiya Google şirkətinin saytlarında, servislərində, tətbiqlərində reallaşdırılmış əməliyyatların tarixçələrini, axtarış sorğularının tarixçələrini, Youtube platformasında baxış tarixçələrini və Google Assistant səsli köməkçisinə verilmiş sualların tarixçələrini əhatə edir.


 Tayvanın TSMC şirkətinin təmsilçiləri elan ediblər ki, onlar uğurlu şəkildə 1 nanometrlik texnologiyanı yaradıblar. Perspektiv cəhətdən bu texnologiya prosessorların istehsalında istifadə olunacaq. Sözügedən texnologiya üzərində amerikalı və tayvanlı mütəxəssislər bir yerdə çalışırlar. TSMC şirkətinin Massaçusets Texnologiya İnstitutu, Berkli Kaliforniya Universiteti, Tayvan Milli Universiteti və digər təşkilatlar ilə əməkdaşlığı çərçivəsində xüsusi komponent aşkar edilib və həmin komponent 1 nanometrlik prosessorların istehsalında aparıcı rol oynayacaq.
Tayvanın TSMC şirkətinin təmsilçiləri elan ediblər ki, onlar uğurlu şəkildə 1 nanometrlik texnologiyanı yaradıblar. Perspektiv cəhətdən bu texnologiya prosessorların istehsalında istifadə olunacaq. Sözügedən texnologiya üzərində amerikalı və tayvanlı mütəxəssislər bir yerdə çalışırlar. TSMC şirkətinin Massaçusets Texnologiya İnstitutu, Berkli Kaliforniya Universiteti, Tayvan Milli Universiteti və digər təşkilatlar ilə əməkdaşlığı çərçivəsində xüsusi komponent aşkar edilib və həmin komponent 1 nanometrlik prosessorların istehsalında aparıcı rol oynayacaq. Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni alqoritmi təqdim edib. Yaradılmış bu yeni alqoritm tərcüməçi rolunda çıxış edərək proqramlaşdırma dilləri arasındakı uyğunsuzluq problemini aradan qaldırmaq üçün nəzərdə tutulub. CodeNet adlı qəliz generativ sistemin əsas özəlliyi ondadır ki, o, bir proqramlaşdırma dilindəki məlumatları digər proqramlaşdırma dilinə tərcümə edərək kodun ayrı-ayrı hissələrini və hətta bütöv layihələri yarada bilir. Məsələn proqramçı çox spesifik sahələrdə işlədilən bir neçə köhnə proqramlaşdırma dilini bilir.
Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni alqoritmi təqdim edib. Yaradılmış bu yeni alqoritm tərcüməçi rolunda çıxış edərək proqramlaşdırma dilləri arasındakı uyğunsuzluq problemini aradan qaldırmaq üçün nəzərdə tutulub. CodeNet adlı qəliz generativ sistemin əsas özəlliyi ondadır ki, o, bir proqramlaşdırma dilindəki məlumatları digər proqramlaşdırma dilinə tərcümə edərək kodun ayrı-ayrı hissələrini və hətta bütöv layihələri yarada bilir. Məsələn proqramçı çox spesifik sahələrdə işlədilən bir neçə köhnə proqramlaşdırma dilini bilir. MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənməsinə sahib ekranları, 108 MP-lik kameraları və aktual olan yaddaş standartlarını dəstəkləyir. Bununla belə bu prosessor büdcəli smartfonlar üçün nəzərdə tutulub. Daxilinə 5G modeminin inteqrasiya olunduğu Dimensity 900 prosessoru 2.4 GHz tezlikdə çalışan 2 ədəd performanslı Cortex-A78 nüvəsinə və 2.0 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsinə sahibdir. Prosessorun arxitekturası elə qurulub ki, o, LPDDR5 RAM yaddaşı standartını və UFS 3.1 daxili yaddaş standartını dəstəkləyir.
MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənməsinə sahib ekranları, 108 MP-lik kameraları və aktual olan yaddaş standartlarını dəstəkləyir. Bununla belə bu prosessor büdcəli smartfonlar üçün nəzərdə tutulub. Daxilinə 5G modeminin inteqrasiya olunduğu Dimensity 900 prosessoru 2.4 GHz tezlikdə çalışan 2 ədəd performanslı Cortex-A78 nüvəsinə və 2.0 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsinə sahibdir. Prosessorun arxitekturası elə qurulub ki, o, LPDDR5 RAM yaddaşı standartını və UFS 3.1 daxili yaddaş standartını dəstəkləyir.
 
 



