Bazar ertəsi, 06 May 2024

Photoshop yeni versiyasını təqdim edib.

Adobe rəsmi olaraq M1 prosessorlu Apple cihazları üçün “Photoshop”u elan edib. Photoshop Məhsulları İdarəetmə və Məhsul Stratejisi sədrinin müavini Pam Clark, daxili testlərin son Mac'ları istifadə edən müştərilər üçün “Photoshop”da əhəmiyyətli performans qazancları göstərdiyini söyləyib. 

Bu yeniləmə ilə Adobe “iPad”də iki vacib yeni Photoshop xüsusiyyətini də təqdim edib.

 Birincisi "Bulud Sənədləri Sürüm Tarixçəsi", digəri isə “Bulud Sənədlərinə oflayn giriş” xüsusiyyətidir. Bundan əlavə, Adobe Camera Raw funksiyasına yeni super xüsusiyyət gətirib . Bu xüsusiyyət, bir kliklə görüntünün keyfiyyətini artırmaq üçün maşın öyrənmə texnologiyasından istifadə edir və əvvəlkindən daha yüksək keyfiyyətli nəticələr əldə edir.

Qeyd edək ki, yenilənmə ilə tətbiqin sürəti M1 prosessorlu cihazlarda 50% yüksəlib.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1073619
Bu gün
Bu həftə
Bu ay
Ümumi
537
1073
3488
1073619
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi