Kompüterin hackerlərdən qorunması üçün Chrome brauzerinə yeni təhlükəsizlik funksiyası əlavə edilib

Google şirkəti Chrome brauzerində istifadəçi məlumatlarının təhlükəsizliklərini hardware enforced stack protection texnologiyası vasitəsilə təkmilləşdirib. Beləliklə bundan sonra brauzer hackerlərə Windows-dakı təhlükəsizlik boşluqlarından istifadə imkanını verməyəcək. Lakin qeyd etmək lazımdır ki, bu yeni funksiya Windows 10 2004 və digər Windows 10 versiyaları ilə çalışan 11-ci nəsil Intel və ya AMD Zen 3 Ryzen prosessorlarına sahib kompüterlərdə dəstəklənir. Söhbət, Intel Control-Flow Enforcement Technology (CET) texnologiyasından gedir.
Ardını oxu...

 Digital Chat Station ləqəbli məşhur çinli insayder Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi barəsində yeni məlumatlar verib. Məlumatda qeyd edilib ki, Huawei mövcud olan smartfonlarını HarmonyOS-ə keçirməkdən əlavə olaraq yaxın zamanda təqdim olunacaq yeni məhsullarında öncədən bu əməliyyat sistemini quraşdıracaq. Yəni başqa sözlə desək, Huawei şirkətinin yeni cihazları artıq HarmonyOS-ə sahib şəkildə satışa çıxacaqlar. İnsayder bildirib ki, bu cür addım artıq şirkətin növbəti yeni smartfon modelini əhatə edəcək.