Çərşənbə axşamı, 07 May 2024

Redmi Note 10 smartfonlarının qlobal versiyaları təqdim olunub - QİYMƏTİ

Redmi brendi  Note 10 smartfon seriyasının qlobal versiyalarını təqdim edib. Bu yeni smartfon seriyasının qlobal versiyasına 4 model daxil olub: Redmi Note 10Redmi Note 10SRedmi Note 10 Pro və Redmi Note 10 5G. Qeyd etmək lazımdır ki, Redmi Note 10 ilə Redmi Note 10 Pro-nun qlobal versiyaları Hindistanda təqdim edilmiş eyniadlı smartfonların kopyalarıdır. Sadəcə olaraq bir fərq var ki, qlobal versiyalar NFC modula sahibdirlər. Yerdə qalan qlobal versiyalar isə Hindistanda təqdim edilmiş versiyalardan bir sıra texniki özəlliklərə görə fərqlənirlər.

İndi isə gəlin yerdə qalan iki qlobal versiyaya nəzər salaq. Beləliklə Redmi Note 10S modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon MediaTek Helio G95 prosessoru, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli),

48 MP + 8 MP + 2 MP + 2 MP dördlü arxa kamera, 13 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib.

Redmi Note 10 5G modeli adi Note 10-nun bir qədər sadələşdirilmiş versiyasıdır. Belə ki, o, 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekran, MediaTek Dimensity 700 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qlobal versiyalar olan Redmi Note 10, Redmi Note 10S və Redmi Note 10 Pro yaxın zamanda satışa çıxacaqlar. Redmi Note 10 5G isə aprel ayında satışa çıxacaq. Smartfonların satış qiymətləri aşağıdakı kimidir:

- 4 GB RAM-a və 64 GB yaddaşa sahib Redmi Note 10 - 199$

- 4 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 10 - 229$

- 6 GB RAM-a və 64 GB yaddaşa sahib Redmi Note 10S - 229$

- 6 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 10S - 249$

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 10S - 279$

- 6 GB RAM-a və 64 GB yaddaşa sahib Redmi Note 10 Pro - 279$

- 6 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 10 Pro - 299$

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 10 Pro - 329$

- 4 GB RAM-a və 64 GB yaddaşa sahib Redmi Note 10 5G - 199$

- 4 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi Note 10 5G - 229$.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1073765
Bu gün
Bu həftə
Bu ay
Ümumi
66
1219
3634
1073765
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi