Apple 2 ədəd qatlana bilən iPhone üzərində çalışır
 Ortaya çıxmış məlumata əsasən Apple şirkəti 2 ədəd qatlana bilən iPhone üzərində çalışır. İnsayderlər artıq sözügedən iPhone modellərinin təqribi təqdimat ilini və əldə edəcəkləri texniki özəlliklər barəsində məlumatlar veriblər. Beləliklə verilmiş məlumatda qeyd edilib ki, Apple mühəndisləri hal hazırda 2 ədəd qatlana bilən iPhone üzərində çalışırlar və onlar 2023-cü ildə təqdim oluna bilərlər. Məlumata əsasən Apple öz qatlana bilən smartfonları üçün 2 dizaynı nəzərdən keçirdir.
Ortaya çıxmış məlumata əsasən Apple şirkəti 2 ədəd qatlana bilən iPhone üzərində çalışır. İnsayderlər artıq sözügedən iPhone modellərinin təqribi təqdimat ilini və əldə edəcəkləri texniki özəlliklər barəsində məlumatlar veriblər. Beləliklə verilmiş məlumatda qeyd edilib ki, Apple mühəndisləri hal hazırda 2 ədəd qatlana bilən iPhone üzərində çalışırlar və onlar 2023-cü ildə təqdim oluna bilərlər. Məlumata əsasən Apple öz qatlana bilən smartfonları üçün 2 dizaynı nəzərdən keçirdir.


 Xiaomi tərəfindən keçirilmiş qlobal təqdimat çərçivəsində şirkət yeni smartfonlarını təqdim edib. Söhbət, Xiaomi 11T, 11T Pro və 11 Lite 5G NE smartfonlarından gedir. Xiaomi 11T və 11T Pro smartfonları xarici görünüşcə eynidirlər. Lakin onlar prosessor və sürətli şarj texnologiyasının göstəricisi ilə bir-birilərindən fərqlənirlər. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Smartfonların ekranları həmçinin Gorilla Victus qoruyucu şüşəsi ilə əhatə olunublar.
Xiaomi tərəfindən keçirilmiş qlobal təqdimat çərçivəsində şirkət yeni smartfonlarını təqdim edib. Söhbət, Xiaomi 11T, 11T Pro və 11 Lite 5G NE smartfonlarından gedir. Xiaomi 11T və 11T Pro smartfonları xarici görünüşcə eynidirlər. Lakin onlar prosessor və sürətli şarj texnologiyasının göstəricisi ilə bir-birilərindən fərqlənirlər. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Smartfonların ekranları həmçinin Gorilla Victus qoruyucu şüşəsi ilə əhatə olunublar. Apple şirkəti təqdimat tədbiri çərçivəsində yeni iPhone 13 smartfonlarını təqdim edib. Yeni iPhone seriyasına 4 smartfon modeli daxil olub: iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro və iPhone 13 Pro Max. Gəlin ilk növbədə iPhone 13 və iPhone 13 mini modellərindən başlayaq. Sözügedən modellər xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Onlar həmçinin əsas texniki özəlliklər baxımından da eynidirlər. Sadəcə olaraq onların ekran ölçüləri fərqlidir.
Apple şirkəti təqdimat tədbiri çərçivəsində yeni iPhone 13 smartfonlarını təqdim edib. Yeni iPhone seriyasına 4 smartfon modeli daxil olub: iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro və iPhone 13 Pro Max. Gəlin ilk növbədə iPhone 13 və iPhone 13 mini modellərindən başlayaq. Sözügedən modellər xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Onlar həmçinin əsas texniki özəlliklər baxımından da eynidirlər. Sadəcə olaraq onların ekran ölçüləri fərqlidir. Apple şirkəti növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib. Son zamanlarda olduğu kimi yeni təqdimat tədbiri də online formatda baş tutacaq. Beləliklə Apple şirkətinin növbəti təqdimat tədbiri 14 sentyabr tarixində baş tutacaq. Təbii ki, tədbirin əsas hissəsi məhz iPhone 13 smartfon seriyasına həsr ediləcək. Məlumata əsasən Apple 4 yeni iPhone modelini təqdim edəcək: iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro Max. Yeni iPhone 13 modelləri keçən ilki iPhone 12 modellərindən çox da fərqlənməyəcəklər. Sadəcə olaraq yeni iPhone-lar daha güclü prosessor və bir qədər təkmilləşdirilmiş kameralar ilə təchiz olunacaqlar.
Apple şirkəti növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib. Son zamanlarda olduğu kimi yeni təqdimat tədbiri də online formatda baş tutacaq. Beləliklə Apple şirkətinin növbəti təqdimat tədbiri 14 sentyabr tarixində baş tutacaq. Təbii ki, tədbirin əsas hissəsi məhz iPhone 13 smartfon seriyasına həsr ediləcək. Məlumata əsasən Apple 4 yeni iPhone modelini təqdim edəcək: iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro Max. Yeni iPhone 13 modelləri keçən ilki iPhone 12 modellərindən çox da fərqlənməyəcəklər. Sadəcə olaraq yeni iPhone-lar daha güclü prosessor və bir qədər təkmilləşdirilmiş kameralar ilə təchiz olunacaqlar.
 
 



