Whatsapp-a sonuncu dəfə daxil olma zamanını konkret insanlardan gizlətmək mümkün olacaq
Hal hazırda Whatsapp messencerə son daxil olma zamanının, istifadəçi fotosunun və istifadəçi barəsində məlumatların əks olunmaları üzrə 3 variantı təqdim edir. Belə ki, bu məlumatları istifadəçinin nömrəsinə sahib bütün insanlar və ya yalnız istifadəçinin kontaktında olan insanlar üçün görünən etmək və bütün istifadəçilərdən gizlətmək olar. Beləliklə əgər istifadəçi messencerə sonuncu dəfə daxil olduğu zamanı konkret insanlardan gizlətmək istəsə, o bunu bütün istifadəçilər üçün edə və ya yalnız kontaktlarındakı şəxslər üçün məhdudlaşdıra bilər. Lakin bu vəziyyət yaxın zamanda dəyişə bilər. Belə ki, verilmiş məlumata əsasən Whatsapp-a bu məsələ ilə bağlı yeni variant əlavə ediləcək.
Yeni variant sayəsində istifadəçi messencerə sonuncu dəfə daxil olma zamanını, istifadəçi fotosunu və istifadəçi barəsində məlumatları konkret insanlardan gizlədə biləcək. Məlumatda qeyd edilib ki, messencer hal hazırda bu yeni özəlliyin test olunması ilə məşğuldur. Əlavə ediləcək yeni variant isə “My Contacts Except” kimi qeyd ediləcək. Bu yeni variant sayəsində istifadəçi öz məlumatlarının konkret olaraq hansı insanlardan gizlətmək lazım olduğunu qeyd edə biləcək.