Bazar, 22 Dekabr 2024

Xiaomi 11T, 11T Pro və 11 Lite 5G NE smartfonları təqdim olunub - QİYMƏTİ

 Xiaomi tərəfindən keçirilmiş qlobal təqdimat çərçivəsində şirkət yeni smartfonlarını təqdim edib. Söhbət, Xiaomi 11T11T Pro və 11 Lite 5G NE smartfonlarından gedir. Xiaomi 11T və 11T Pro smartfonları xarici görünüşcə eynidirlər. Lakin onlar prosessor və sürətli şarj texnologiyasının göstəricisi ilə bir-birilərindən fərqlənirlər. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Smartfonların ekranları həmçinin Gorilla Victus qoruyucu şüşəsi ilə əhatə olunublar.

 Barmaq izi skanı texnologiyası hər iki smartfonda yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Adi 11T modeli Dimensity 1200 Ultra prosessoruna, 11T Pro modeli isə Snapdragon 888 prosessoruna sahibdir. Həmçinin adi 11T modeli 67 vatt gücündə, 11T Pro modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Xiaomi-nin verdiyi məlumata əsasən 120 vatt gücündə olan sürətli şarj texnologiyası vastəsilə 11T Pro modeli 100% enerjini 17 dəqiqəyə yığa bilir. Digər özəllikər baxımından smartfonlar eynidirlər.

 Beləliklə sözügedən smartfonlar 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 8 MP + 5 MP (2 qat optik zoom) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunublar. 11T Pro modelinin həmçinin 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyası da olacaq. Bundan əlavə olaraq smartfonlar stereo səsgücləndiriciləri özlərində birləşdirirlər və Dolby Atmos texnologiyasının dəstəyinə sahibdirlər. Sözügedən smartfonlar Avropa bazarında 1 oktyabr tarixində satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimidir:

- 128 GB yaddaşa sahib Xiaomi 11T - 499 avro

- 256 GB yaddaşa sahib Xiaomi 11T - 549 avro

- 128 GB yaddaşa sahib Xiaomi 11T Pro - 649 avro

- 256 GB yaddaşa sahib Xiaomi 11T Pro - 699 avro

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 11T Pro - 749 avro.

 Xiaomi 11 Lite 5G NE smartfonu hələ bir neçə müddət bundan öncə satışa çıxmış Mi 11 Lite modelinin bir qədər təkmilləşdirilmiş versiyasıdr. Sözügedən yeni model Mi 11 Lite kimi öz maksimal nazik dizaynını qoruyub saxlayıb. Lakin bununla yanaşı onun texniki özəlliklərində dəyişikliklər var. Beləliklə Xiaomi 11 Lite 5G NE smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym OLED ekran ilə təchiz olunub. Smartfonun ekranı həmçinin Dolby Vision texnologiyasnı dəstəkləyir. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 5G dəstəkli Snapdragon 778G prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP + 5 MP üçlü arxa kamera, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4250 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bundan əlavə olaraq Xiaomi 11 Lite 5G NE stereo səsgücləndiricilərə sahibdir. 6 GB RAM-a və 128 GB yaddaşa sahib model 369 avroya, 8 GB RAM-a və 256 GB yaddaşa sahib model isə 399 avroya satılacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354375
Bu gün
Bu həftə
Bu ay
Ümumi
111
12747
34437
1354375
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.