Whatsapp-da bir baxışdan sonra avtomatik silinən mesajlar funksiyası istifadəyə verilib

Whatsqapp-da View Once adlı yeni funksiya istifadəyə verilib. Bu funksiya vasitəsilə göndərilmiş foto və ya videoya yalnız bir dəfə baxmaq mümkündür. Bu üsul ilə göndərilmiş foto və ya videoya baxdıqdan sonra mesaj avtomatik olaraq silinir. Whatsapp təmsilçilərinin fikirlərinə əsasən bu funksiya bəzi konfidensial məlumatları göndərmək üçün yaxşı variantdır. Buna misal olaraq kağıza yazılmış hansısa şifrənin fotosunu gətirmək olar. Sözügedən funksiyadan istifadə etmək üçün mesajı göndərmə düyməsinin yanındakı 1 rəqəmi ilə əks olunmuş düyməyə klikləmək lazımdır.
Beləliklə mesajı əldə etmiş şəxs mesajdakı foto və ya videoya baxdıqdan sonra həmin kontent avtomatik olaraq silinəcək.
Ardını oxu...

 Android Jelly Bean-in rəsmi dəstəyinin dayandırılmasından sonra Google şirkəti daha bir köhnə Android versiyası üçün olacaq məhdudlaşdırmanı elan edib. Bu dəfə söhbət, Android Gingerbread (Android 2.3) əməliyyat sistemindən gedir. Artıq yaxın zamanda bu əməliyyat sistemi vasitəsilə çalışan smartfonların istifadəçiləri Google servislərindən istifadə edə bilməyəcəklər. Bu ilin 27 sentyabr tarixindən Google şirkəti Android 2.3.7 və daha köhnə versiyalar vasitəsilə çalışan smartfonlarda öz servislərinə girişi bağlayacaq. Bu səbəbdən də istifadəçilər Gmail və Google Maps kimi servislərdən istifadə edə bilməyəcəklər.
Android Jelly Bean-in rəsmi dəstəyinin dayandırılmasından sonra Google şirkəti daha bir köhnə Android versiyası üçün olacaq məhdudlaşdırmanı elan edib. Bu dəfə söhbət, Android Gingerbread (Android 2.3) əməliyyat sistemindən gedir. Artıq yaxın zamanda bu əməliyyat sistemi vasitəsilə çalışan smartfonların istifadəçiləri Google servislərindən istifadə edə bilməyəcəklər. Bu ilin 27 sentyabr tarixindən Google şirkəti Android 2.3.7 və daha köhnə versiyalar vasitəsilə çalışan smartfonlarda öz servislərinə girişi bağlayacaq. Bu səbəbdən də istifadəçilər Gmail və Google Maps kimi servislərdən istifadə edə bilməyəcəklər. Google şirkəti jurnalistlər üçün Pixel 6 və Pixel 6 Pro smartfonlarının qapalı təqdimatlarını keçirdib. Bu ilin payız fəslində rəsmi şəkildə təqdim olunacaq bu smartfonların dizaynlarından əlavə olaraq onların bəzi texniki özəllikləri də məlum olub. Beləliklə hər iki smartfon Google şirkətinin fərdi prosesorunu, təkmilləşdirilmiş kameraları və Pixel seriyasında ilk dəfə qeyri-adi dizaynı əldə edəcəklər. Təqdimat zamanı Google jurnalistlərə smartfonların fotolarını çəkməyi qadağan edib.
Google şirkəti jurnalistlər üçün Pixel 6 və Pixel 6 Pro smartfonlarının qapalı təqdimatlarını keçirdib. Bu ilin payız fəslində rəsmi şəkildə təqdim olunacaq bu smartfonların dizaynlarından əlavə olaraq onların bəzi texniki özəllikləri də məlum olub. Beləliklə hər iki smartfon Google şirkətinin fərdi prosesorunu, təkmilləşdirilmiş kameraları və Pixel seriyasında ilk dəfə qeyri-adi dizaynı əldə edəcəklər. Təqdimat zamanı Google jurnalistlərə smartfonların fotolarını çəkməyi qadağan edib.  Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqman smartfonlarını təqdim edib. Söhbət, Huawei P50 və P50 Pro smartfon modellərindən gedir. Şirkət P50 seriyasında əsas diqqətini smartfonun foto və videoçəkiliş özəlliklərinə ayırsa da digər xüsusiyyətləri unutmayıb. Məsələn ilk dəfə olaraq adi P50 modeli periskop kamera obyektivini özündə birləşdirib.
Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqman smartfonlarını təqdim edib. Söhbət, Huawei P50 və P50 Pro smartfon modellərindən gedir. Şirkət P50 seriyasında əsas diqqətini smartfonun foto və videoçəkiliş özəlliklərinə ayırsa da digər xüsusiyyətləri unutmayıb. Məsələn ilk dəfə olaraq adi P50 modeli periskop kamera obyektivini özündə birləşdirib.  Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının hamısına Face ID texnologiyasını əlavə etməyi planlaşdırır. Gurman-ın sözlərinə əsasən Face ID texnologiyasını hətta büdcəli iPhone SE və iPad modelləri də əldə edəcəklər. Qeyd etmək lazımdır ki, bu məhsullar hal-hazırda yalnız Touch ID texnologiyasına sahibdirlər.
Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının hamısına Face ID texnologiyasını əlavə etməyi planlaşdırır. Gurman-ın sözlərinə əsasən Face ID texnologiyasını hətta büdcəli iPhone SE və iPad modelləri də əldə edəcəklər. Qeyd etmək lazımdır ki, bu məhsullar hal-hazırda yalnız Touch ID texnologiyasına sahibdirlər.  
 



