Windows 7 istifadəçiləri Windows 11-i daha qəliz üsul ilə əldə edəcəklər
Microsoft şirkəti Windows 11 əməliyyat sisteminin kompüterlərə quraşdırılması barədə məlumatlar verməyə davam edir. Məlum olub ki, yeni əməliyyat sistemini təkcə Windows 10 deyil həmçinin daha əvvəlki Windows versiyalarının istifadəçiləri də əldə edə biləcəklər. Lakin daha əvvəlki Windows versiyalarının istifadəçiləri bu proses zamanı bir sıra çətinliklər ilə qarşılaşacaqlar. Windows 10 vasitəsilə çalışan və Windows 11-in sistem tələblərinə uyğun olan kompüterlər yeni əməliyyat sistemini sistem ayarları vasitəsilə sadə şəkildə əldə edə biləcəklər.