Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib
 Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbuklar üçün 2 yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 8cx Gen 3 və Snapdragon 7c+ Gen 3-dən gedir. Şirkət bildirib ki, ayrı-ayrı hallarda sözügedən yeni prosessorlar əvvəlki modellərdən 85% daha güclüdürlər. Snapdragon 8cx Gen 3 modeli 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, keçən ilki 8cx Gen 2-dən hesablama gücü baxımından 85% (29 TOPS) daha güclüdür. Onun qrafik performansı isə 8cx Gen 2-dən 60% yüksəkdir.
Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbuklar üçün 2 yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 8cx Gen 3 və Snapdragon 7c+ Gen 3-dən gedir. Şirkət bildirib ki, ayrı-ayrı hallarda sözügedən yeni prosessorlar əvvəlki modellərdən 85% daha güclüdürlər. Snapdragon 8cx Gen 3 modeli 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, keçən ilki 8cx Gen 2-dən hesablama gücü baxımından 85% (29 TOPS) daha güclüdür. Onun qrafik performansı isə 8cx Gen 2-dən 60% yüksəkdir.


 Honor şirkəti öz yeni flaqman smartfonları olan Honor 60 və Honor 60 Pro-nu təqdim edib. Sözügedən smartfonlar öz aralarında həm xarici həm də texniki özəlliklər baxımından fərqlənirlər. İlk öncə adi Honor 60-a nəzər salaq. Honor 60 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşir. Bununla yanaşı adi Honor 60 modelinin kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb. Qeyd etmək lazımdır ki, barmaq izi skanı texnologiyası hər iki modeldə ekrana inteqrasiya edilib.
Honor şirkəti öz yeni flaqman smartfonları olan Honor 60 və Honor 60 Pro-nu təqdim edib. Sözügedən smartfonlar öz aralarında həm xarici həm də texniki özəlliklər baxımından fərqlənirlər. İlk öncə adi Honor 60-a nəzər salaq. Honor 60 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşir. Bununla yanaşı adi Honor 60 modelinin kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb. Qeyd etmək lazımdır ki, barmaq izi skanı texnologiyası hər iki modeldə ekrana inteqrasiya edilib. Facebook rəsmi şəkildə elan edib ki, bundan sonra şirkət Meta adlanacaq. Sözügedən rebrendinq son zamanlar şirkətə qarşı olan tənqidlərlə mübarizə aparmaq üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, aylıq 2.9 milyard aktiv istifadəçi kütləsinə sahib servisləri özündə birləşdirən bu böyük texnoloji şirkət son illərdə böyük diqqət obyektinə çevrilib və qanunvericilər, nizamlayıcı orqanlar və hüquq müdafiəçiləri tərəfindən çoxlu sayda tənqidə məruz qalıb. Şirkətin CEO-su olan Mark Zuckerberg-in sözlərinə əsasən şirkətin yeni adı onun metakainat (metaverse) strukturunu yaratmaq məqsədini ifadə edir.
Facebook rəsmi şəkildə elan edib ki, bundan sonra şirkət Meta adlanacaq. Sözügedən rebrendinq son zamanlar şirkətə qarşı olan tənqidlərlə mübarizə aparmaq üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, aylıq 2.9 milyard aktiv istifadəçi kütləsinə sahib servisləri özündə birləşdirən bu böyük texnoloji şirkət son illərdə böyük diqqət obyektinə çevrilib və qanunvericilər, nizamlayıcı orqanlar və hüquq müdafiəçiləri tərəfindən çoxlu sayda tənqidə məruz qalıb. Şirkətin CEO-su olan Mark Zuckerberg-in sözlərinə əsasən şirkətin yeni adı onun metakainat (metaverse) strukturunu yaratmaq məqsədini ifadə edir. Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki versiyalardan tam yeni xarici görünüş və texniki özəlliklər ilə fərqlənirlər. Yeni MacBook Pro modelləri mini-LED texnologiyası əsasında hazırlanmış ekranlar və Apple şirkətinin fərdi güclü prosessorları ilə təchiz olunublar. MacBook Pro (2021) modeli iki versiyada təqdim olunub. Onlardan biri 3024x1954 piksel keyfiyyətli 14.2 düym ekrana, digəri isə 3456x2234 piksel keyfiyyətli 16.2 düym ekrana sahibdir.
Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki versiyalardan tam yeni xarici görünüş və texniki özəlliklər ilə fərqlənirlər. Yeni MacBook Pro modelləri mini-LED texnologiyası əsasında hazırlanmış ekranlar və Apple şirkətinin fərdi güclü prosessorları ilə təchiz olunublar. MacBook Pro (2021) modeli iki versiyada təqdim olunub. Onlardan biri 3024x1954 piksel keyfiyyətli 14.2 düym ekrana, digəri isə 3456x2234 piksel keyfiyyətli 16.2 düym ekrana sahibdir. Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkətinin yeni M1 prosessorları ilə təchiz olunublar. Söhbət, M1 Pro və M1 Max-dan gedir. Sözügedən prosessorlar xüsusi olaraq professional tapşırıqlar üçün nəzərdə tutulublar və bununla yanaşı onlar minimal enerji sərfiyyatı tələb etməklə yüksək performans təqdim edirlər. Beləliklə Apple şirkətinin yeni M1 Pro və M1 Max prosessorları 5 nanometrlik texnoloji proses əsasında hazırlanıblar.
Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkətinin yeni M1 prosessorları ilə təchiz olunublar. Söhbət, M1 Pro və M1 Max-dan gedir. Sözügedən prosessorlar xüsusi olaraq professional tapşırıqlar üçün nəzərdə tutulublar və bununla yanaşı onlar minimal enerji sərfiyyatı tələb etməklə yüksək performans təqdim edirlər. Beləliklə Apple şirkətinin yeni M1 Pro və M1 Max prosessorları 5 nanometrlik texnoloji proses əsasında hazırlanıblar. 
 



