Bazar, 22 Dekabr 2024

Apple 2 ədəd qatlana bilən iPhone üzərində çalışır

Ortaya çıxmış məlumata əsasən Apple şirkəti 2 ədəd qatlana bilən iPhone üzərində çalışır. İnsayderlər artıq sözügedən iPhone modellərinin təqribi təqdimat ilini və əldə edəcəkləri texniki özəlliklər barəsində məlumatlar veriblər. Beləliklə verilmiş məlumatda qeyd edilib ki, Apple mühəndisləri hal hazırda 2 ədəd qatlana bilən iPhone üzərində çalışırlar və onlar 2023-cü ildə təqdim oluna bilərlər. Məlumata əsasən Apple öz qatlana bilən smartfonları üçün 2 dizaynı nəzərdən keçirdir.

 Belə ki, onlardan biri Galaxy Z Fold 3 modelinə, digəri isə Galaxy Z Flip 3 modelinə bənzəməlidir. Qatlana bilən iPhone modellərinin istehsalında Apple şirkəti LG-nin ekranlarından istifadə edəcək. Gözləntilərə əsasən Galaxy Z Fold 3 dizaynında reallaşdırılacaq iPhone modeli 7.5 düym ekran ilə təchiz olunacaq. Lakin Galaxy Z Flip 3 dizaynında reallaşdırılacaq iPhone-nun hansı ölçüdə ekran ilə təchiz olunacağı bilinmir. Hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple 2023-cü ildə 15-20 milyon ədəd qatlana bilən cihazı satışa çıxardacaq.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354333
Bu gün
Bu həftə
Bu ay
Ümumi
69
12705
34395
1354333
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.