Çərşənbə axşamı, 23 Aprel 2024

2 dəfə daha sürətli və 5 dəfə daha baha: Starlink-in premium tarif paketi təqdim edilib

Elon Musk Starlink peyk interneti layihəsində yeni premium tarifi elan edib. Elan edilmiş premium tarif çərçivəsində istifadəçi siqnalın qəbul edilməsi üçün nəzərdə tutulmuş daha güclü antendən istifadə edəcək. Həmin anten isə öz növbəsində məlumatların yüksək sürətlə ötürülməsini təmin edəcək. Lakin sözügedən premium tarif paketinin aylıq abunə qiyməti standart tarif paketinin aylıq abunə qiymətindən qat-qat yüksəkdir. Premium tarif paketi üçün nəzərdə tutulmuş anten düzbucaqlı dizaynı və daha geniş skan bucağı ilə fərqlənir. Starlink-in rəsmi saytında olan məlumata əsasən premium tarif paketinə daxil olan anten vasitəsilə məlumatların ötürülmə sürəti saniyədə 150-500 Mbit təşkil edir.

 Müqayisə üçün qeyd etmək lazımdır ki, standart tarif paketinə daxil olan antendə bu göstərici saniyədə 50-250 Mbit təşkil edir. Siqnalın gecikmə göstəricisi isə standart tarif paketinə daxil olan antendə mövcud olan gecikmə göstəricisi (ortalama 20-40 millisaniyə) ilə eynidir. Standart tarif paketini əldə etmək üçün istifadəçi anteni ayrıca olaraq 500$-a almalı və aylıq peyk internetindən istifadə üçün 99$ ödəməlidir. Premium tarif paketinə daxil olan antenin qiyməti isə 2500$ təşkil edir. Sözügedən tarif paketinə qoşulmaq istəyən potensial istifadəçi ilk növbədə 500$ dəyərində depozit ödəməlidir. Premium tarif paketindən aylıq istifadənin qiyməti isə 500$ təşkil edir. Sözügedən tarif paketi ilk növbədə yüksək sürətli internetə ehtiyac duyan müəssisələr və daha imkanlı şəxslər üçün nəzərdə tutulub.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1064153
Bu gün
Bu həftə
Bu ay
Ümumi
573
1957
19979
1064153
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi