Bazar, 22 Dekabr 2024

İstifadəçiləri ən çox izləyən sosial şəbəkələr açıqlandı

“URL Genius” marketinq şirkəti 10 sosial şəbəkə arasında araşdırma aparıb və onlardan hansının istifadəçiləri daha çox izlədiyini araşdırıb. Məlum olub ki, ən çox istifadəçi məlumatlarını toplayan şirkət “YouTube” və “TikTok”dur.

Tədqiqat üçün “Apple” qacetlərində mövcud olan “Tətbiq Fəaliyyətinin Qeydiyyatı” funksiyasından istifadə edilərək, “YouTube”, “TikTok”, “Twitter”, “Telegram”, “LinkedIn”, “Instagram”, “Facebook”, “Snapchat”, “Messenger” və “WhatsApp” xidmətləri yoxlanılıb.

 “YouTube”un şəxsi məlumatları öz məqsədləri üçün (tarqet reklamlar üçün axtarış tarixçəsini və ya məkanı izləmək) topladığı bildirilir.

“TikTok” toplanan məlumatları əsasən üçüncü tərəf izləyiciləri ilə paylaşır, bu da bu məlumatların daha sonra necə istifadə edildiyini dəqiq söyləməkdə çətinlik yaradır.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355018
Bu gün
Bu həftə
Bu ay
Ümumi
754
13390
35080
1355018
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.